Suriyanın Tunisdəki səfirliyi yenidən açılacaq
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəməşq Tunisin prezidenti Qeys Səid tərəfindən Tunisin Suriyaya yeni səfir təyin edilməsinə razılıq verdikdən sonra Suriyanın Tunisdəki səfirliyi də yenidən açılacaq.
Suriya və Tunis dünən 12 aprel tarixində birgə bəyanatla səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər. Suriya hökuməti bu bəyanata əsaslanaraq, Tunisdə səfir təyin etmək və qısa müddət ərzində ölkənin Tunisdəki səfirliyinin yenidən açılması ilə bağlı dərhal razılaşdığını açıqlayıb.
Bu bəyanatda, Suriya və Tunis hökumətləri arasında davamlı ünsiyyət və koordinasiyanın olduğu ifadə edilir. Tərəflər ikitərəfli münasibətlərin normal məcraya qayıtması üçün iki ölkənin xarici işlər nazirləri arasında koordinasiyanın davam etdirilməsini vurğulayıblar.
Qeyd edək ki, 2012-ci ildə Tunis Suriya səfirini ölkədəki vətəndaş müharibəsində Suriya hökumətinin Bəşər Əsədin əleyhdarları ilə münasibətlərinə görə ölkədən çıxarmışdır.
Eyni zamanda, Fars Körfəzi Əməkdaşlıq Şurasının Katibliyi Suriyanın Ərəb Liqasına qayıtması imkanlarını araşdırmaq üçün iclas keçirməyə çağırıb. Məlumatlara görə, bu katibliyin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək iclasında Suriyanın Ərəb Liqasına qayıtması məsələsi müzakirə ediləcək.
Suriyanın Ərəb Liqasına qayıtması üçün bütün üzv ölkələrin müsbət rəyini tələb edir, buna hələ nail olunmayıb, çünki üç ərəb ölkəsi hələ də bu ölkənin qaytarılması ilə bağlı öz mövqelərini açıq şəkildə bəyan etməyiblər. Suriya 2011-ci ildə etirazçıları yatırtmaq bəhanəsi ilə Ərəb Liqasından çıxarılmışdır.
Rəy