Amerika qüvvələrinin Deyr əz-Zordakı bazasına raket hücumu + FOTO

Bazar ertəsi 10 Aprel 2023 - 21:01
https://az.iswnews.com/?p=20735

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Deyr əz-Zor əyalətində yerləşən Koniko qaz obyektlərindəki ABŞ hərbi bazası müqavimət dəstələrinin raket hücumu ilə hədəfə alınıb.

Aprelin 10-da müqavimət dəstələri Amerika koalisiyasının Koniko qaz obyektlərindəki mövqelərini raket hücumu ilə hədəfə alıb. Hücumdan sonra Amerikalı hərbçi bildirdi: “Suriyanın Deyr əz-Zor əyalətindəki bazalarımızdan biri raketlə hücuma məruz qaldı və mümkün itki və ziyanları araşdırırıq”.

Saatlar sonra yerli mənbələr bu hücuma cavab olaraq Amerika koalisiya təyyarələrinin Deyr əz-Zorun şərqində yerləşən Hətlə Əl-Fovqani bölgəsindəki müqavimət cəbhəsinin mövqelərini iki mərhələdə hədəfə aldığını iddia edib. Bu hücumun dağıntıları və itkiləri barədə məlumat dərc olunmayın.

Bununla əlaqədar olaraq, Amerika Birləşmiş Ştatları Ordusunun Qərbi Asiyadakı Terror Qərargahı (Centcom) yerli vaxtla saat 17:51-də Koniko bazasına raket zərbəsinə dair bəyanat yayıb və “bu hücumun heç bir itki və dağıntıya səbəb olmadığını” açıqlayıb.

Amerika rəsmilərinin son həftələrdəki mövqeyi və sözlərinə görə, belə görünür ki, bu hücumlar davam edərsə, Suriyada müqavimət cəbhəsi ilə amerikalı terrorçular arasında məhdud qarşıdurmaların yeni mərhələsi başlayacaq.

Xatırladaq ki, martın 24-də müqavimət dəstələri Amerikanın Deyr əz-Zorda altı suriyalı əsgərin şəhid olmasına səbəb olan aviazərbələrinə, Amerika koalisiyasının Deyr əz-Zor əyalətində Koniko qaz obyektlərindəki, Əl-Ömər neft yatağındakı mövqeləri və Həsəkə şəhərinin cənub ətrafında yerləşən Əl-Şəddadi strateji bazasını raketlər və dronlarla hədəfə almışdır.

Centcom-un bəyanatı

Daha çox oxuyun: Müqavimət qrupları Suriyadakı Amerika bazalarına hücum etdi + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir