Səkkiz illik mübarizə + VİDEO

Bazar ertəsi 10 Aprel 2023 - 22:31
https://az.iswnews.com/?p=20674

Yəmən xalqının azadlıq uğrunda apardığı möhtəşəm mübarizənin 8-ci ili tamam oldu. Yəmənlilər bu illər ərzində enişli-yoxuşlu yollar keçərək, düşmənə qarşı müqavimət göstəriblər. Məhz gələcəyə olan ümid və dayanmadan çalışmaq, Yəmən xalqını izzətə çatdırdı.

ABŞ, Səudiyyə, İsrail, İngiltərə, Birləşmiş Ərəb Əmirliyi və başqa ərəb dövlətləri koalisiya halında birləşərək, 2015-ci ilin martın 26-da Yəmən xalqının əzmini qırmaq üçün bu ölkəyə qarşı hərbi əməliyyatlara start verdi. Səudiyyəli rəsmilər, bu koalisiya vasitəsilə 2 ay ərzində Yəməni tamamilə işğal edəcəyini planlaşdırmışdı. Əməliyyatlar zamanı Yəmən havadan, sudan və qurudan bombardman edilməklə, tarixdə nadir hallarda rast gəlinən bir faciəyə start verildi.

Bugünə qədər Amerika-Səudiyyə koalisiyasının Yəmənə qarşı insanlığa sığmayan hücumu nəticəsində Ənsarullahın nəzarətində olan məntəqələrdə 4079-u uşaq, 2458-i qadın və 11603-ü kişi olmaqla, ümumilikdə 18140 insan şəhid olub. Bundan əlavə 4790-ı uşaq, 2988-i qadın və 22476-ı kişi olmaqla, ümumilikdə 30254 insan isə yaralanıb. Onu da qeyd edək ki, yaralılar son dərəcə ağır şəraitdə, elektrik enerjisi çatışmazlığı səbəbindən və tibbi avadanlıqların işləməməsi, həmçinin dərman preparatlarının qıtlığı vəziyyətində müalicə olunublar.

Yəməndə müharibədən ən çox əziyyət çəkən azyaşlı uşaqlardır. 10 milyon 600 min məktəbli yaşında olan uşaqlardan ən azı 2 milyon 400 mini məktəbə gedə bilmir.

“Save the children” təşkilatı 2022-ci ildə dünyada uşaqların vəziyyəti ilə bağlı hazırladığı hesabatda Yəmənin, uşaqlar üçün ən pis vəziyyətə malik olan 8 ölkə arasında Əfqanıstandan sonra ikinci yeri tutduğunu açıqlayıb. Yəməndə dünyaya göz açan körpələrin 50%-i vaxtından əvvəl doğulur. ABŞ və ərəb dövlətlərinin Yəməni blakadada saxlaması səbəbindən, lazımi dərman və qida çatışmazlığı bu körpələrin müalicəsində ciddi əngəllər yaradır.

Yəmən ikinci dünya müharibəsindən sonra ən böyük minalanma əməliyyatına şahid olub. Təkcə Hudeydə vilayətində, toqquşmalardan qalan 9700-dən çox mina və partlayıcı maddə aşkar edilib. Belə ki, Yəmən xalqının təxminən 15%-i mina partlaması nəticəsində həyatını itirib və ya yaralanıb.

Yəmənin 8 il ərzində yaşadığı dəhşətlər təkcə insan itkiləri ilə ölçülmür. ABŞ-Səudiyyə koalisiyasının hücumu nəticəsində Yəməndə 15 hava və 16 dəniz limanı, 427 yanacaqdoldurma məntəqəsi, 7293 yol və körpü, həmçinin 10279 nəqliyyat vasitəsinin məhv edilməsi səbəbindən, ölkədə gediş-gəliş iflic vəziyyətə düşüb. 12088 ticarət obyekti, 704 bazar, 1040 qida yük maşını və 1020 ərzaq mağazasının məhv edilməsi ilə, Yəmən xalqı gündəlik alış-veriş və ehtiyaclarını ödəyəcək məhsulları əldə etməyə çətinlik çəkir.

Ölkə dəniz və okean suları ilə əhatə olunduğuna görə, xalqın mühüm dolanışıq vasitələrindən biri dəniz məhsulları hesab edilir. ABŞ-Səudiyyə koalisiyası 485 balıqçı gəmisi, 466 toyuq və heyvandarlıq fermasını məhv etməklə, Yəmən xalqını sözün əsl mənasında aclıqla üz-üzə qoydu.

Düşmən cinayəti bununla da bitmir. ABŞ-Səudiyyə koalisiyası 346 elektrik stansiyası və generator, 617 şəbəkə və zəng stansiyaları, 3095 su anbarı və stansiyaları, 2105 dövlət qurumunu məhv etməklə, Yəmən dövlətinə xalqa kommunal xidmət göstərməkdə çox ciddi problemlər yaratdı.

8 illik müharibə zamanı Yəməndə 603110 ev, 182 universitet, 1714 məscid, 384 turizm obyekti, 417 xəstəxana və səhiyyə müəssisəsi, 1265 məktəb və təhsil müəssisəsi, 11350 kənd təsərrüfatı sahəsi, 141 idman kompleksi, 258 arxeyoloji obyekt və 61 media müəssəsi məhv edilib.

Müharibə zamanı yaranan xaos, ölkə ərazisində tarixi eksponatların kütləvi şəkildə oğurlanmasına səbəb oldu. Sayı 10 minə çatan oğurlanmış eksponatlar, Vyana incəsənət muzeyində nümayiş etdirilir və ya Amerika və başqa Avropa ölkələrində hərrac vasitəsilə satışa çıxarılır.

Koalisiya tonlarla fosfor kimi kimyəvi bombalardan istifadə etməklə, xalqın genofondunu məhv etməyə çalışırdı. Yəməndə son illərin ən böyük insanlıq faciəsi yaşanırdı. Ən çox təssüffləndiyimiz hal isə, dünya ictimaiyyətinin bütün baş verənləri sükutla izləməsidir.

Sözün əsl mənasında dünyanın gözü qarşısında Yəmən xalqı məhv edilir, beynəlxalq təşkilatlar isə, heç bir iş görmürdü. Lakin, bütün bu sadalananlar Yəmən xalqının əzmini qıra bilmədi. Yəmənlilərin ayaqda qala bilməsinin əsas səbəbi, uşaq və qadınlarını, ataları və ərlərini, evlərini və rahat yaşayışlarını əldən vermələrinə baxmayaraq, ümidlərini itirməmələri idi.

“Sonda ölən ümiddir” misalına uyğun olaraq, yəmənlilər bütün bu baş verənlərdən sonra ayağa qalxa biləcəklərinə, düşmənləri vətənlərindən qovaraq yenidən azad yaşayışa qovuşacaqlarına inanırdılar və bu yolda heç bir çətinlikdən qorxmayaraq, boyunlarına düşən vəzifəni yorulmadan yerinə yetirirdilər. Allah yəmənlilərin ümidini boşa çıxarmadı və əzmlə çalışmalarına görə, möcüzə sayılacaq işləri onlar üçün reallığa çevirdi.

Yəmənlilər İran İslam Respublikasının və müqavimət dünyasının ciddi dəstəyi sayəsində blokada vəziyyətində inkişaf etməyi bacardılar. Ənsarullah hərb sahəsində uğurlara imza ataraq, ciddi irəliləyişlər əldə etdi. Bir vaxtlar yüngül silahlarla mübarizə aparan ayaqyalın yəmənlilər, artıq pua və raket sahəsində güc sahibinə çevriliblər. Hazırda Ənsarullah 3000 km mənzilli raketlərə və çox sayda pualara sahibdir.

Ənsarullahın inkişafı ABŞ-Səudiyyə koalisiyası üçün ciddi problemlər yaratmağa başladı. Yəmənlilər zamanla düşmənlərə güc gələrək, ölkənin strateji əhəmiyyətli mərkəzi şəhərlərini düşmənlərdən azad etməyi bacardı. ABŞ-Səudiyyə koalisiyasının Sudan, Vyetnam, Pakistan, Kolumbiya və digər Afrika ölkələrindən cəlb etdiyi muzdurlar, Ənsarullah qarşısında geri çəkilməyə başladı. Bununla kifayətlənməyən yəmənlilər, Səudiyyə Ərəbistanın “Saudi Aramco” neft şirkətinə pua və raketlərlə hücumlar həyata keçirdi.

Bu hücumların əhəmiyyəti dünya neft bazarındakı qiymətlərə də təsirsiz ötüşmədi. Beləliklə ayaqyalın yəmənlilər, artıq dünyanın gedişinə təsir edəcək dərəcədə güc sahibinə çevrildilər.
Ayaqyalın yəmənlilərin cəsarəti bütün dünyaya səs salıb. Koalisiyanın yəmənliləri qorxutmaq üçün ortaya atdığı heç bir üsul işə yaramadı. Bu insanları, sözün əsl mənasında heçnə ilə qorxutmaq mümkün deyil.

Səudiyyənin arxasında dayanan Amerika, İsrail və NATO kimi güclər hər nə qədər silah və texniki yardımlar göstərsə də, müharibədə üstünlüyün qorunub saxlanılmasına kifayət etmədi. Hadisələrin gedişində yaranan dəyişiklik artıq koalisiya üzvlərini yenidən düşünməyə vadar etdi.

Belə ki, Misir və Sudan, gələcəkdə Yəmənin hədəfinə çevrilməmək üçün təcili olaraq ABŞ-Səudiyyə koalisiyasını tərk etdi. Vəziyyəti çətinləşən Səudiyyə Ərəbistanı, hadisələrin bu sürətlə inkişafından qorxaraq, geri addım atmağa məcbur oldu. Artıq nə Amerika, nə İsrail, nə də NATO, Səudiyyəni düşdüyü bataqlıqdan xilas edə bilmirdi.

Ərəbistanın bir çıxış yolu qalmışdı: Zəifliyini etiraf etmək bahasına da olsa, danışıqlar masasına oturmaq. Səudiyyə danışıqlar üçün vasitəçi kimi, əvvəlcə Rusiyanı seçdi. Rusiyanın Ukrayna cəbhəsində NATO ilə məşğul olduğunu görən Ərəbistan, bu dəfə vasitəçi kimi Çinə üz tutdu. Düşdüyü ağır durum Səudiyyəni daha tələsik iş görməyə və Yəmənlə barışıq əldə etməyə vadar edirdi. Artıq cəbhədə hər keçən gün və saat Səudiyyənin əleyhinə işləyirdi. Çinin vasitəçiliyi ilə İranla barışıq müqaviləsi imzalayan Səudiyyə bununla işin bitdiyini zənn edirdi. Lakin, hadisələr düşünüldüyü kimi getmədi.

Müqavilə imzalandıqdan sonra İran, Yəmənin bu razılaşmaya heç bir aidiyyatının olmadığını bildirdi. İran rəsmi şəkildə açıqladı ki, Yəmən öz taleyinin həllinə özü qərar verir və biz heç kimin daxili işlərinə qarışmırıq. Ənsarullah da öz növbəsində bəyanat yayaraq, İranla əldə edilən razılaşmanın Yəmənə aid olmadığını və ölkələrinin düşməndən azad edilməsi üçün son nəfəslərinə qədər mübarizə aparacaqlarını bildirdi. Səudiyyənin barışıq üçün can atması, arxasında dayanan dırnaqarası böyük güclərin qəzəbinə səbəb oldu. Amerika var gücü ilə barışıq prosesinə mane olmaq və Səudiyyəni müharibə fikrində saxlamağa çalışırdı.

Bu səbəbdən, Birləşmiş Ərəb Əmirliyinın dəstəklədiyi Cənub Keçid şurasını müharibəni davam etdirməyə və hətta, Səudiyyə dəstəkli qüvvələrə qarşı hücumlar həyata keçirməyə sövq etdi. Bir vaxtlar tarlasından tutmuş xəstəxanasına qədər Yəməni bombardman edən qüvvələr, indi öz aralarında parçalanmaya və hətta silahlı toqquşmalara düçar olublar.

Müharibədən çəkildiyinə görə, artıq Amerika Səudiyyə Ərəbistanını keçmiş 8 il ərzində müharibə cinayətrləri törətməkdə ittiham edir. Bir vaxtlar Trampın təhriki ilə meydana atılan Səudiyyə, indi elə Amerikanın özü tərəfindən müharibə cinayəti və insan haqlarının pozulmasında ittiham edilir. Səudiyyə vaxtında bilməli idi ki, zalımla eyni sırada dayanan istənilən şəxs və ya qüvvə, sonda elə həmin zalımın əli ilə aradan götürüləcək.

Yəməndə 8 ildir davam edən ağır iqtisadi vəziyyətə baxmayaraq, Ənsarullah Suriya və İrana zəlzələdən əziyyət çəkən insanlar üçün humanitar yardım göndərib. Eyni zamanda Fələstin məsələsi Ənsarullahın nəzərində daim aktiv məsələdir və dəfələrlə İsrailə qarşı vuruşmaq üçün təkliflər göndərib. Yəmən cəbhəsinin 8 ildə keçdiyi yol, Qumarbaz üçün də ibrət olmalıdır.

Amerika başda olmaqla Qərb dünyası, İranı və müqaviməti aradan aparmaq üçün, marianet dövlətləri bir-bir meydana atır. Hər dəfə məğlub olub geri çəkildikdən sonra, digər bir dövlət müqavimətə qarşı qızışdırılaraq, müharibəyə sürüklənir. Bütün kartlarını istifadə etmiş Qərb dünyası, bu dəfə Azərbaycanı meydana atmaq fikrindədir. Qumarbaz bilməlidir ki, İsrail və Amerika üçün onun heç bir əhəmiyyəti yoxdur. Bir vaxtlar Səddamı və Qəddafini dəstəkləyən Amerika, sonda özü onları aradan götürdü.

Zelenskini də eyni aqibət gözləyir. Bütün baş verənlərə baxmayaraq ağız dolusu İrana qarşı boşboğazlıq edən Qumarbaz, məğlub olduqdan və hər şeyini itirdikdən sonra, artıq İsrail və Amerika üçün maraqlı olmayacaq. Hər halda Əliyev nə ərəb klanı qədər önəmli fiqur, nə də Azərbaycan dövləti Səudiyyə qədər güclü deyil.

Müqavimət dünyasının yazılmamış qanununu qumarbaz Əliyevə bir daha xatırlatmaq istəyirik: Oyunu həmişə siz başlayırsız, amma sonunu biz təyin edirik.

Daha çox oxuyun: İnfoqrafik: Yəmən Silahlı Qüvvələri Səudiyyə koalisiyası ilə 8 illik müharibə haqqında məlumat verib

Mənbə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir