İlham Əliyev beynəlxalq prinsipləri tapdalayır
44 günlük döyüşlər zamanı qumarbaz İlham Əliyevin dilindən düşməyən BMT qətnamələri, bugün elə Qumarbazın özü tərəfindən ayaq altına atılıb. Bir vaxtlar dünya birliyinə BMT-nin Dağlıq Qarabağ barədə 4 qətnaməsini sübut gətirən, beynəlxalq hüquq və prinsiplərdən dəm vuran Qumarbaz, bu gün özünü sanki dünyanın ağası hiss edərək işğalçılığa başlamaq niyyətindədir.
Məsələnin daha da aydın olması üçün Qumarbazın 2020-ci il, oktyabrın 9-u xalqa etdiyi müraciəti nümunə gətirmək olar.
Qumarbazın sözlərinə diqqət etsək, o Ermənistan torpaqlarından danışır. Yəni Qumarbaz özü 44 günlük döyüşlər zamanı Zəngəzuru Ermənistan ərazisi kimi tanıyırdı. Bəs 3 il ərzində nə dəyişdi? Dünyada beynəlxalq prinsiplərmi dəyişdi? Yoxsa BMT-nin qətnamələri dəyişdi? Qumarbazın 3 il əvvəl az qala dünya birliyinin gözünə soxduğu həmin beynəlxalq prinsiplərin aqibəti! necə oldu? Bəlkə dünyada hüquq və prinsiplər işıq sürətilə dəyişib, bizim xəbərimiz yoxdur?!
Yəqin ki, siz də “zəbt edə bilərdik” sözünü eşitmisiniz. Bəli, 2020-ci ildə qumarbazın dediyinə əsasən Zəngəzur ərazisinə soxulmaq, zəbt və işğal sayılır. Görəsən qumarbaz 3 il əvvəl zəbt və qanunsuz saydığı hərəkəti, indi hansı əsasla qanuni sayır? Bəlkə bizim savadımız çatmır, bəlkə biz dünyadan bixəbərik?! Görəsən qumarbazın ailəsindən və onun şəryaxan rejimindən kimsə çıxıb, bu məsələyə izah verə bilərmi?
Bəs hanı o siyasi iradə? Məgər indi siyasi iradən yoxdurmu? Qumarbazın 2020-ci ildəki sözlərini əsas tutsaq, deməliyik ki, hal-hazırda o, heç bir siyasi iradə nümayiş etdirmir.
Bəli, qumarbaz qanunlar çərçivəsində fəaliyyət göstərirmiş. Bəs həmin qanunlar indi hardadır? Qumarbazın dediklərindən belə nəticə çıxır ki, indi ya qanun yoxdur, ya da o, artıq qanun çərçivəsində hərəkət etmir.
Görəsən qumarbaz başqa ölkə deyəndə, hansı ölkəni nəzərdə tuturdu? Zəngəzuru başqa ölkənin torpağı sayan qumarbaz, necə oldu ki, birdən birə bu torpaqlara göz dikdi? 2020-ci ildə qumarbazın başqa ölkələrin torpağında gözü yox idi, amma bugün o, israilin təhriki ilə, başqa ölkələrin torpağına göz dikib.
Bir vaxtlar başqalarına BMT qətnamələrinə əməl etməyi tövsiyə edən İlham Əliyev, indi özü öz dediyinə əməl etmir. Qumarbaz Ermənistana hədə qorxu gəlirdi ki, BMT qətnamələrinə əməl etməsəz, peşman olacaqsız.
Bəs görəsən Qumarbaz indi BMT qətnamələrini pozduğuna görə, özü peşman olmayacaqmı? Bəs sən hesab edirsən ki, başqa dövlətlər bu məsələ ilə razılaşacaq?
Yaddan çıxarma ki, Azərbaycan xalqının qanı sənin üçün həyat yoldaşının bədəni deyil ki, istədiyin vaxt qumar masasında uduzasan.
Rəy