Əl-Qaidə: “Fars körfəzinin şeyxlərinə qarşı qiyam vacibdir”. + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Qaidənin Ərəbistan yarımadasındakı media qolu olan Əl-Məlahim müəssisəsi Xəbib Əl-Sudaninin Fars körfəzinin cənub sərhəddindəki ölkələrdən intiqad etdiyini və Fars Körfəzi şeyxlərinə qarşı qiyamın vacib olduğunu bildirib.
Əl-Qaidənin Ərəbistan yarımadasındakı (Yəmən) media qolu olan Əl-Məlahim müəssisəsi Xəbib Əl-Sudani kimi tanınan İbrahim Əhməd Mahmud Əl-Qusinin sözlərini dərc edərək Fars Körfəzinin cənub ölkələrini bir daha tənqid etdiyini, Fars körfəzi şeyxlərinə qarşı qiyamı vacib olduğunu bildirib.
Xəbib Əl-Sudani Əl-Qaidənin köhnə üzvü, Quantanamoda keçmiş məhbus və Əl-Qaidənin Yəməndəki hazırkı liderlərindən biridir. O, bu filmdə Ərəbistan yarımadası ölkələrinin vəhy diyarını xristian qadın və kişilər və amerikalı əsgərlər üçün bazaya çevirdiyini bəyan edib. Əl-Sudani, məşhur “Uxrucu Əl-Muşrikinə Min Cəzirət Əl-Ərəb” (Müşrikləri Ərəbistan yarımadasından çıxarın) hədisinə istinad edərək Fars körfəzinin şeyxlərini bu hədisdən xəbərsiz olduğunu və vəhy diyarının hazırda xristianların işğalı altında olduğunu bildirmişdir.
Bu çıxışında Xəbib Əl-Sudaninin tənqidləri daha çox Qətərə yönəlib. O, Qətərdə keçirilən dünya futbol çempionatının xərclərini Qətərin Suriyadakı zəlzələdən zərərçəkənlərə az miqdarda yardımı ilə müqayisə edib. Əl-Sudani, eyni zamanda, Fars körfəzi ətrafındakı sərvətli əmirlərin bütün İslam dünyasında milyonlarla ac insana qayğı göstərməməsinə diqqət çəkib. O, Fars körfəzinin şeyxlərinin imkansızlara göstərdiyi dəyərsiz yardımı dünya futbol çempionatının 220 milyard dollarlıq xərcləri ilə müqayisə edib. Əl-Sudani bildirib ki, bu məbləğ Yəmənin 30 milyon əhalisi arasında bölüşdürülsəydi, hər yəmənli 7000 dollar, hər ailə 35 min dollar alacaq və hər bir ailə özünə uyğun ev ala bilər, qalan məbləğ isə bir iş yaratmaq üçün istifadə edə bilərdi.
Fars körfəzi şeyxlərinə qarşı qiyamın vacib olduğunu nəzərə alan Əl-Sudani ümumilikdə müsəlmanları və xüsusilə də Ərəbistan yarımadasının sakinlərini Fars körfəzi ölkələrinin hökmdarlarına qarşı qiyamı tələb edib. O, həmçinin alimlərdən və ziyalılardan Ərəbistan yarımadasının şeyxlərinin cinayətləri qarşısında susmamalarını və bu hökmdarların vəziyyətini xalqa izah edərək, onları bu hökmdarlara qarşı qalxmağa təşviq etməyi tələb edib.
Qeyd edək ki, ABŞ bu yaxınlarda Əl-Sudani haqqında məlumat verənə 4 milyon dollar mükafat təklif etmiş və onu “Ədalət mükafatı” proqramı çərçivəsində axtarıldığını elan etmişdir.
Rəy