YAP rejiminin şiələrə qarşı şərləmə kompaniyası davam edir + VİDEO

Çərşənbə 29 Mart 2023 - 04:30
https://az.iswnews.com/?p=20315

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti video reportaj yayımlayaraq altı şəxsin həbs olunması ilə bağlı məlumat yayımlayıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti 27 mart tarixində video reportaj yayımlayaraq Faiq Zeynalov, Etibar Məmmədzadə, Hüseyn Hüseynzadə, İlham Şıxaliyev, İlkin Bağırov və Vüqar Mədətov adlı dindarların həbs olunduğunu bildirmişdir.

DTX verdiyi məlumatda iddia edir: “Bu şəxslər xarici xidmət orqanlarına işləyən Rufulla Axundzadə və Əlimürsəl Axundzadədən tapşırıqlar alaraq ölkə üzrə mühüm hərbi məlumatları toplamaq tapşırıqları alıblar. Həmçinin onlar, dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq görürlərmiş. Faiq Zeynalov, Hüseyn Hüseynzadə və Etibar Məmmədzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü dövlətə xəyanət və 28, 277-ci dövlət xadiminin və ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq maddələri ilə, İlham Şixaliyev, İlkin Bağırov və Vüqar Mədətov isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmə tərəfindən həbs edilmişdirlər”.

DTX-nın yayımladığı video reportaj
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir