Yeni yaradılmış İraq dəstəsi Suriyadakı Amerika bazasına dron hücumunun məsuliyyətini qəbul edib + FOTO

Bazar 26 Mart 2023 - 21:38
https://az.iswnews.com/?p=20171

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, yeni qurulan Livaul-Ğalibun dəstəsi bəyanat yayaraq ABŞ-ın Suriyanın Həsəkə əyalətindəki hərbi bazasına dronla hücum etdiyini açıqlayıb. ABŞ-ın məlumatına görə, bu hücumda bir amerikalı podratçı həlak olub.

Martın 25-də yeni yaradılmış Livaul-Ğalibun dəstəsi verdiyi bəyanatda Suriyanın şərqində Həsəkə əyalətinin Əl-Yarubiyyə sərhəd-keçid məntəqəsindən 5 kilometr aralıda yerləşən Xarabul-Ceer kəndində Amerika hərbi bazasına dron hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Bu dəstənin bəyanatında deyilir: “Ramazan ayının ilk günü (23 mart) saat 13:00-da Livaul-Ğalibun müqavimət dəstəsinin dron bölməsinin Suriyanın Remilan hava limanında amerikalı əsgərlərin yerləşdiyi yerə hücum etməsi nəticəsində, Amerikalılar dediyini görə, bir Amerika əsgəri hədəf öldürüldü və bir neçə nəfər yaralandı. Əməliyyatlarımız qalib olan komandirlər və onların yoldaşlarına qarşı sui-qəsd cinayətinə təbii və qanuni cavab tədbirləri, o cümlədən Amerika işğalçı qüvvələrinin ölkəmizdə və bölgəmizdəki vəhşi cinayətlərinə qarşı mübarizə çərçivəsində həyata keçirilir”.

Bu İraq müqavimət dəstəsi vurğuladı ki, Amerika işğalçı qüvvələri İraqdan tamamilə çıxarılana qədər amerikalılar nə İraqda, nə də xaricdə təhlükədən amanda qalmayacaqlar.

Livaul-Ğalibun müqavimət dəstəsinin bəyanatı

Bu, 2023-cü il 21 mart tarixindən indiyənədək İraq müqavimət dəstələrinin ABŞ-ın Suriyadakı hərbi bazasına qarşı ilk dron hücumudur. Bundan əvvəl, 20 yanvar 2023-cü ildə Suriya, İraq və İordaniya arasında sərhəd üçbucağında yerləşən Homs əyalətindəki Ət-Tənəf bazası İraqın Təşkil Əl-Varisin müqavimət dəstəsinin dron hücumuna məruz qalmışdı.

Daha çox oxuyun:
Suriyanın Ət-Tənəf məntəqəsindəki Amerika bazasına dron hücumu oldu + FOTO
İnfoqrafik: İraq Müqavimət Dəstələri

Xatırladaq ki, martın 23-də Həsəkə əyalətindəki Amerika hərbi bazası dron ilə hücuma məruz qalıb və Amerikanın Qərbi Asiyadakı Terrorçular Qərargahının (CENTCOM) məlumatına görə, bu hücum nəticəsində bir amerikalı podratçı həlak olub və daha beş nəfər yaralanıb. Bu dron hücumuna cavab olaraq Amerika təyyarələri Deyr əz-Zor əyalətindəki hədəflərə hücum edib və bu zaman Suriya ordusunun altı qüvvəsi şəhid olub. Bu hadisədən bir gün sonra müqavimət dəstələri Suriyanın şərqində Amerika koalisiyasına aid üç bazanı raket və dronlarla hədəfə alıb.

Daha çox oxuyun:
Suriyada bir amerikalı öldürüldü; Müqavimət mövqelərinə Amerikanın hava hücumu + FOTO
Müqavimət qrupları Suriyadakı Amerika bazalarına hücum etdi + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir