Hüseyniyyun İran və Azərbaycan münasibətləri ilə əlaqədar yeni bəyanat yayımladı
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hüseyniyyun Azərbaycan İslam Müqaviməti son günlər Azərbaycanın Ermənistana mümkün hücumu və Azərbaycan-İran münasibətləri barədə bəyanat yayımladı.
Bəyanat dünən 23 mart tarixində yayımlanıb.
Bəyanatda deyilir:
Bismilləhir-Rahmənir-Rahim
– Bir çox müşahidəçinin Qafqazda gözlədiyi və olacağına inandığı, may ayında əsas mərhələsinə qədəm qoyacaq və onlar bunun başlamasını gözləsinlər…
– Düşmənlər Qafqaz regionuna od vurmağa, Azərbaycanla İran arasında qanlı müharibə yaratmağa çalışırlar. İnşaallah, çəkindirici amillər qlobal sionizmin Qafqazda çirkin planının reallaşmasına mane olacaq və heç bir xoşagəlməz hadisənin şahidi olmarıq.
– Qafqaz və Azərbaycan sionistlər və onların agentləri üçün təhlükəli olacaq.
– Qafqazda xalqlar arası müharibə baş tutmayacaq.
– Qafqazda nə olursa olsun, müqavimət cəbhəsinin reaksiyası düşmənin gözlədiyindən fərqli olacaq.
– Düşmən iki ildir Qafqazın Zelenskisinin müxtəlif təxribatları ilə İran İslam Respublikasının cavabını istədikləri istiqamətə yönləndirmək istəyirdi ki, buna nail ola bilmədi.
– Qafqazda baş verən istənilən fitnə olarsa, Qafqazdan əlavə, sionist rejim öz cavabını işğal olunmuş Fələstin əraziləri daxilində də alacaq.
– Azərbaycan hadisələrini qlobal hadisələr və regional hadisələr çərçivəsində təhlil edin və coğrafi sərhədlərlə məhdudlaşmayın.
– Əliyev rejimi hərbi silahdan daha çox Azərbaycan xalqını aydınlaşdırma və Aydınlatma Cihadından qorxur və Hüseyniyyunun maarifləndirici mediasını məhv etmək üçün sövdələşməyə belə hazırdır.
– Azərbaycan NATO, Qərb, İngiltərə, sionist rejimi və Səudiyyə üçün pazl rolunu oynayır və Əliyev hökuməti Azərbaycanın yüksək arenasında qərar qəbul edən qüvvə deyil.
– Dəyərli Azərbaycan xalqının hesabı Əliyevin tağut və sionist hakimiyyəti hesabından ayrıdır və bizim vəzifəmiz xalq diplomatiyasını gücləndirmək və Azərbaycanda Tağut hakimiyyətini zəiflətməkdir.
– İran İslam Respublikasının mənafeyi İslam ümmətinin mənafeyidir.
– Müsəlman dünyası üçün Azərbaycan zühur xəritəsi və axırzamanda baş verəcək hadisələrdə əsas pazllardan biridir və tezliklə qlobal sionizmdən təmizlənməlidir.
– Müsəlman Azərbaycan xalqının İslami oyanış hərəkatı Hüseyniyyun Azərbaycan İslam Müqaviməti tərəfindən qüdrətlə müqavimət modeli əsasında davam edəcək.
– Hüseyniyyun Azərbaycan İslam Müqaviməti hərtərəfli hazırlığı və güclənməsi ilə yanaşı, qlobal sionizm və bölgədəki şər qüvvələrə qarşı qarışıqlı müharibədədir.
Hüseyniyyun Azərbaycan İslam Müqaviməti
23.03.2023
Sitatın sonu
Rəy