Rusiya, Azərbaycan və Ermənistanın düşmənçilik ritorikasının güclənməsindən narahatlığını ifadə edir

Cümə axşamı 23 Mart 2023 - 22:06
https://az.iswnews.com/?p=20077

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qarabağ bölgəsində gərginliyin artmasından narahatlığını bildirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Bakı və İrəvandan sülh prosesi ilə bağlı danışıqları bərpa etməyi tələb edib.

Trend xəbər agentliyinin məlumatına görə, Mariya Zaxarova bu gün 23 mart tarixində keçirilən mətbuat konfransında deyib: “Rusiya Ermənistan və Azərbaycan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün bütün istiqamətlərdə danışıqları bərpa olunmasını tələb edir”.

Onun sözlərinə görə, düşmənçilik ritorikasının artması və Qarabağ bölgəsində insidentlərin sayının artması narahatlıq doğurur.

Bu Rusiya rəsmisi əlavə edib: “Biz sülh prosesinə alternativin olmamasını vurğulayırıq. Biz istəyirik ki, tərəflər Ermənistan və Azərbaycan arasında (münasibətlərin) normallaşdırılması üçün bütün yollarla, o cümlədən nəqliyyat marşrutlarının açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, ictimai xadimlərin, parlamentarilərin görüşlərinin keçirilməsi və s. üzrə danışıqları bərpa olunsun”.

Bakı ilə İrəvan arasında gərginliyin artmasından sonra Ermənistan Respublikasının Müdafiə Nazirliyi dünən çərşənbə günü elan edib ki, bu ölkənin əsgəri Azərbaycan Respublikası qüvvələrinin Yerasx məntəqəsində (Naxçıvanın qərbi) açdığı güllədən həlak olub. Bundan əvvəl bəzi xəbər mənbələri Azərbaycan Respublikası ordusunun bölgədə hərəkətə keçməyi planlaşdırdığını iddia etmişdi. Xəbər mənbələrinin iddialarına görə, Azərbaycan Respublikası ordusu Ermənistanın Sünik bölgəsindəki ərazilərə hücum etməyi planlaşdırır.

Digər tərəfdən, Azərbaycan Respublikası martın 21-də Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsində Azərbaycanın hərbi mövqelərini atəşə tutması nəticəsində bu ölkənin bir əsgərinin yaralandığını açıqlamışdır.

Bu gərginliyə baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev dünən çərşənbə günü 22 mart tarixində deyib ki, Bakı Ermənistanla münasibətləri normallaşdırmağa və yaxın gələcəkdə sülh müqaviləsi imzalamağa hazırdır. O bildirib ki, Ermənistana son təkliflər və düzəlişlərlə birlikdə sülh müqaviləsinin mətnini təqdim edib. O, həmçinin Laçın yolunun blokadaya alınmasını Ermənistanın yalan təbliğatı kimi qiymətləndirib və Ermənistanın Azərbaycan Respublikası ərazisində öz şəxsi heyətinin qanunsuz daşınması və köçürülməsi üçün əlavə yoldan istifadə etdiyini iddia edib.

Digər tərəfdən, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bazar ertəsi (20 mart tarixində) Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib ki, Bakı (qondarma) Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya, Ermənistan və Azərbaycan Respublikası başçılarının imzaladığı 9 noyabr 2022-ci il tarixli üçtərəfli bəyanatın demək olar ki, bütün müddəalarını pozur.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir