Ermənistan və Naxçıvan sərhədində münaqişə; Bir erməni əsgəri həlak olub + FOTO

Çərşənbə 22 Mart 2023 - 21:15
https://az.iswnews.com/?p=20067

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ermənistan ordusuna məxsus qüvvələrdən biri Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Azərbaycan Respublikası qüvvələri tərəfindən atəşə tutularaq həlak olub.

Ermənistan Müdafiə Nazirliyi Naxçıvan sərhədində atəşkəsin pozulması və əsgərlərindən birinin həlak olması barədə məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, bu gün martın 22-də günortadan sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası sərhədində yerləşən bölmələri Ermənistan ordusunun Yerasx qəsəbəsi yaxınlığındakı mövqelərini atəşə tutub.

Yerli vaxtla saat 16:20 radələrində Ermənistan ordusunun 9-cu bölməsinin əsgəri Arşak Sarkisyan aldığı güllədən yaralanıb və aldığı xəsarətin ağırlığından sonda dünyasını dəyişib.

Münaqişənin necə baş verdiyi barədə əlavə məlumat verilməyib.

Həmçinin bu gün səhər saatlarında Qarabağ bölgəsində Azərbaycan Respublikasının qüvvələri Xocavənd rayonunda bir sıra erməni kənd təsərrüfatı işçilərini atəşə tutub.

Daha çox oxuyun: Azərbaycan Silahlı qüvvələri erməniləri atəşə tutub

Həmçinin, Rusiya sülhməramlı qüvvələrinin bir neçə güllə dəymiş avtomobilinin şəkilləri yayımlanıb. Martın 21-i axşam saatlarında yüngül xəsarətlərlə iki rus əsgəri Ermənistanın Sünik bölgəsindəki Qoris tibb mərkəzinə göndərilib. Əsgərlərə ilkin tibbi yardım göstərilib və dərhal tibb məntəqəsini tərk ediblər.

Son günlər Qafqaz regionunda şübhəli addımlar və arabir qarşıdurmalar artıb. Görünür, bu gərginlik və münaqişələrin artması Qafqazı hərtərəfli münaqişəyə hazırlamaq üçündür.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir