İsrail Naziri: “Güney Azərbaycanın yaradılması reallıqdır”.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin keçmiş rabitə və kibertəhlükəsizlik naziri Əyyub Kara son məqaləsində deyib: “Azərbaycanlılar İran əhalisinin 40%-ni təşkil edir və onların əksəriyyəti İranı tərk edərək Güney Azərbaycan ölkəsini yaratmaq istəyir”.
O bildirib: “Güney Azərbaycan xalqı İranda öz ana dilində işləmək və təhsil almaq istəyinə baxmayaraq, daim İran hökumətinin təzyiqi altındadır. Gözlənilir ki, Bakı ilə Tehran arasında gərginlik artacaq və belə bir vəziyyətdə Güney azərbaycanlılar öz azadlıqları üçün daha çox mübarizə aparacaqlar”.
Əyyub Kara deyib: “Azərbaycan və İsrail öz milli müqəddəratını təyin etməkdə təbii ki, onlara dəstək verəcəklər”.
O, əlavə edib: “İran Azərbaycan Respublikası ilə sərhəddə hərbi təlimlər keçirdi. İran Qafanda konsulluq açdı. Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə terror aktı, Azərbaycan Respublikası tərəfindən İsraildəki səfirliyi açılmasını elan etməsindən sonra baş verib”.
İsrailin keçmiş naziri deyib: “Azərbaycan Respublikası ilə İran arasında münasibətlərin korlanması və son vaxtlar İran tərəfindən Azərbaycanın hava məkanını pozması səbəbindən Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum bu aysberqin yeganə görünən hissəsidir”.
Rəy