Polşa və Slovakiya Ukraynaya qırıcı göndərir

Şənbə 18 Mart 2023 - 08:30
https://az.iswnews.com/?p=19892

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Avropa ölkələrinin Ukraynaya hərbi yardımının davamı olaraq, Polşa və Slovakiya hakimiyyəti Ukraynaya ən azı 12 MiQ-29 qırıcı təyyarəsi göndərmək barədə razılığa gəldiklərini açıqlayıb.

Ukrayna hakimiyyətinin son aylarda ABŞ və Avropa ölkələrindən tez-tez etdiyi müraciətlərdən biri də hərbi qırıcıların göndərilməsi olub. Qərb mediasının Bayden hökumətinin Ukraynaya qırıcılar göndərməyə razılıq verdiyi barədə çoxsaylı iddialarına baxmayaraq, Amerika və Almaniya hökumətlərinin rəsmiləri ukraynalılara qırıcıların çatdırılmasına qarşı çıxıb və qırıcıları ehtiyat hissələri ilə təmin etməklə kifayətləniblər. Lakin Polşa və Slovakiya son günlər öz qırıcılarının bir hissəsini Ukraynaya göndərməyə razılaşıblar.

Bununla əlaqədar olaraq, Slovakiyanın baş naziri Eduard Heqer cümə günü, martın 17-də Slovakiya hökumətinin öz MiQ-29 qırıcılarını Ukraynaya təhvil verəcəyini açıqlayıb. Polşa da martın 16-da yaxın günlərdə Ukraynaya 4 ədəd MiQ-29 qırıcı təyyarəsi verəcəyini və bu rəqəmin yaxın aylarda 12-yə çatacağını açıqlayıb.

Avropa İttifaqının kəşfiyyat agentliyinin məlumatına görə, Polşada 28 MiQ-29, Slovakiyada 14, Bolqarıstanda isə 11 bu tip qırıcı var.

Polşa və Slovakiya Ukraynanın qərb qonşularıdır və həmçinin Rusiya ilə Ukrayna arasında müharibə zamanı ukraynalılara xüsusi dəstək verən Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) şərq qanadının üzvləridir. Bu ölkələr öz MiQ-29 qırıcılarının Ukraynaya çatdırılması müqabilində Amerikanın F-16 qırıcılarını almalıdırlar.

Müharibə başlamazdan əvvəl Ukrayna ordusunda ən azı 43 MiQ-29 qırıcısı var idi, onlardan bəziləri Rusiya ordusu ilə döyüş zamanı vuruldu. Bu qırıcılar Sovet İttifaqı dövründən ölkədə qalıb və bu qırıcılardan neçəsinin fəaliyyət göstərdiyi hələlik bəlli deyil.

MiQ-29 qırıcılarının Ukrayna ordusuna təhvil verilməsi əslində Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiya ordusunun qırıcılarına müqavimət göstərmək və Donbas cəbhələrini bir neçə ay ərzində dəstəkləmək qabiliyyətini artıracaq təcili yardımdır. Bundan əlavə, ukraynalı pilotların bu qırıcılardan istifadə etmək üçün təlim kursuna ehtiyacı yoxdur və onlardan ən qısa zamanda istifadə oluna bilər.

Daha çox oxuyun: Ukrayna ordusunun MiQ-29 qırıcısı Şahid-136 dronunu ovlayarkən qəzaya uğradı!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir