İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 17 Mart 2023

Cümə 17 Mart 2023 - 17:57
https://az.iswnews.com/?p=19880

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsinə hücumu nəticəsində 4 fələstinli şəhid olub, 20 nəfər isə yaralanıb.

Martın 16-da İsrail əsgərləri Cenin düşərgəsinə hücum edib, bunun ardınca onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma baş verib, bu zaman 4 fələstinli şəhid olub, 20 nəfər yaralanıb.

İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüdsün cəbhə komandiri Nidal Xazem və Həmas hərəkatının hərbi qolu olan Kətaib Əl-Qəssamın cəbhə komandiri Yusif Şərim də İsrail hərbçilərinin Cenin düşərgəsinə hücumu nəticəsində şəhid olanların arasındadır.

Cenin şəhidlərinin şəkilləri

Saatlar sonra 4 fələstinli şəhidin cənazəsi Cenin sakinləri tərəfindən dəfn edilib. Əzadarlar sionist düşmənin xüsusilə Cenin sakinlərinə qarşı cinayətlərini pisləməklə yanaşı, işğalçılarla mübarizədə fələstinliləri birliyə çağırıblar. Bu mərasimdən sonra müqavimət dəstələrinin məsləhəti ilə Cenin sakinləri ümumi əza elan ediblər.

Bu ilin əvvəlindən 88 fələstinli şəhid olub, onlardan 17-si qadın və uşaqdır. Həmçinin Cenin şəhəri 35 şəhidlə ən çox şəhidi olan şəhərdir.

Qeyd edək ki, martın 9-da İsrail qüvvələri Ceninin cənubundakı Caba qəsəbəsinə hücum edib və bu qəsəbəyə daxil olduqdan sonra onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma başlamışdır. Nəticədə Sərayəl-Qüds qüvvələrindən 3 nəfər şəhid olmuşdur.

Daha çox oxuyun: Cenində üç Fələstin müqavimət qüvvəsi şəhid olub + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir