İlham Əliyevin Almaniyaya səfərinin təfərrüatı + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına iki günlük işgüzar səfərə gedib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda Əliyev Almaniyanın rəsmi şəxslər tərəfindən qarşılanıb.
Martın 13-də Berlində Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.
Tədbirin moderatoru Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms olub.
Martın 14-də Prezident Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.
Həmçinin martın 14-də təkbətək görüş başa çatandan sonra Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.
Martın 14-də prezident Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər.
Martın 14-də Əliyevin Almaniyaya səfəri başa çatıb.
Rəy