Samirə Cəfərova 2 min AZN cərimə olundu + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Göyçay rayonu Aşağı Qaraməryəm kənd sakini inanclı Samirə Cəfərova İmam Məhdinin (ə.c) doğum gününü qeyd etdiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra 2 min AZN cərimə olunub.
Göyçay rayonu Aşağı Qaraməryəm kənd sakini inanclı Samirə Cəfərova həbs edilib. Samirə Cəfərovanın yaxınlarından aldığımız məlumata görə, DTX əməkdaşları tərəfindən onun evinə basqın edilib və zorakılıqla Göyçay rayon polis bölməsinə aparılıb.
Samirə xanımın arxasınca bölməyə gedən həyat yoldaşı Rəşad Cəfərov da polis əməkdaşları tərəfindən həbs edilib.
Günorta saatlarında DTX əməkdaşları tərəfindən saxlanılan dindar fəal Samirə Cəfərova sərbəst buraxılıb. Samirə Cəfərovaya polis tərəfindən 2 min AZN cərimə olunduğu bildirilib.
Daha çox oxuyun: Samirə xanımın cəriməsi ödənildi + VİDEO və SƏNƏD
Rəy