Lukaşenko İmam Xamenei ilə görüşüb + FOTO

Bazar ertəsi 13 Mart 2023 - 17:23
https://az.iswnews.com/?p=19785

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Aleksandr Lukaşenko Tehrana üçüncü səfəri zamanı İslam İnqilabının rəhbəri İmam Xamenei və İran prezidenti Ayətullah Rəisi ilə görüşüb müzakirə edib və müxtəlif sahələrdə səkkiz əməkdaşlıq sənədi imzalayıb.

Belarus prezidenti Aleksandr Lukaşenko iranlı həmkarının dəvəti ilə bazar ertəsi, martın 13-də İran və Belarus arasında ikitərəfli münasibətlərin başlanmasının 30-cu ildönümü münasibətilə Tehrana səfər edib.

Lukaşenkonun Tehrana iki günlük səfəri zamanı iki tərəf arasında 8 əməkdaşlıq sənədi imzalanıb. Bu əməkdaşlıq iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və incəsənət əlaqələrinin gücləndirilməsi, məhkumların təhvil verilməsi və 30 illik iki ölkə arasında əlaqələrin qurulmasının ildönümünün yubileyi münasibətilə icraçı proqram sənədinin gücləndirilməsi vurğulanaraq iki ölkə arasında əlaqələrin inkişafı üçün təşkil olunub.

Lukaşenko əməkdaşlıq sənədlərini imzaladıqdan sonra Ayətullah Rəisi ilə birlikdə İslam İnqilabının Ali Rəhbəri İmam Xameneinin ziyarətinə gedib. Bu görüşdə İmam Xamenei iki ölkə arasında əməkdaşlıq imkanlarını indiki səviyyədən çox-çox artıq olduğunu vurğulayıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir