Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Beşinci Günü, 28 Fevral 2022
Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlaması
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Birinci Günü, 24 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin İkinci Günü, 25 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Üçüncü Günü, 26 Fevral 2022
Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Dördüncü Günü, 27 Fevral 2022
-Rusiyanın “Airflot” aviaşirkəti Avropa üzrə bütün uçuşları dayandırıb.
Bu şəkillərdə T-72 və T-90 tanklarını görmək olar.
Rusiya ordusunun hücumda “İsgəndər” qısa mənzilli ballistik raketindən istifadə etdiyi görünür (1)
Rusiya ordusunun hücumda “İsgəndər” qısa mənzilli ballistik raketindən istifadə etdiyi görünür (2)
Ukraynanın cənubunda Rusiya ordusunun növbəti hədəfi mühüm şəhər Mariupoldur. Ukrayna ordusu son günlər şəhərdə ciddi müqavimət göstərib. Şəhər süqut edərsə, Ukrayna ordusunun Azov dənizi ilə əlaqəsi kəsiləcək.
Hazırda Mariupol ətrafında qarşıdurmalar davam edir və Rusiya hərbçiləri qüvvələrini şəhərin şərq və qərb cəbhələrinə yerləşdirir.
Makarev şəhəri mühüm Kiyev-Jitomir yolundadır və onun işğalı Kiyevin Ukraynanın qərbi ilə quru əlaqəsinə ciddi təsir göstərə bilər.
Video: Rusiya qırıcı təyyarələri Xarkovda Ukrayna ordusunun mövqelərinə hava zərbələri endirib.
Dünən, fevralın 27-də Ukrayna ordusu Rusiya ordusunun quru hücumlarını Xarkovu ələ keçirmək üçün dəf edə bilib. Məğlubiyyətdən sonra rus ordusu bu gün günortadan sonra Su tipli qırıcıların dəstəyi ilə yenidən Xarkov döyüş meydanına daxil olub.
Bu videoların iksində Xarkov şəhərində regional qruplaşmaların bombalanmasını görürük.
Belarusdakı yerli mənbələrin Ukrayna prezident aparatının rəhbərinin müşaviri “Arstoviç”ə istinadən verdiyi məlumata görə, danışıqlarda Ukrayna komandası Rusiya qoşunlarının Krım və Donbasdan çıxarılmasını tələb edib.
Ukrayna prezidenti Vladimir Zelinski daha əvvəl bəyan etmişdi ki, onun Rusiya ilə razılaşma şərtləri “Ukraynanın Avropa İttifaqına daxil olmasını qəbul etmək” və “Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılması”dır.
Bu xəbər yenilənəcək…
Rəy