Məzari-Şərif şəhərində terror partlayışı; Onlarla jurnalist şəhid olub və yaralanıb + FOTO

Bazar 12 Mart 2023 - 15:33
https://az.iswnews.com/?p=19771

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən Əfqan Ava Xəbər Agentliyinin və Tebyan Mədəni-İctimai Fəaliyyətlər Mərkəzinin ofisində törədilən terror aktı nəticəsində 33-dən çox insan şəhid olub və yaralanıb.

Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərinin ikinci rayonunda yerləşən Karte Şafaxane məhəlləsində Əfqan Ava Xəbər Agentliyi və Tebyan Mədəni-İctimai Fəaliyyətlər Mərkəzinin ofisində törədilən terror aktı nəticəsində 40-a yaxın insan şəhid olub və yaralanıb.

Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takur bu terror hadisəsi nəticəsində ölənlərin təfərrüatlarına toxunaraq, bu partlayışda bir nəfərin şəhid olduğunu, 8 nəfərin yaralandığını bildirib. Lakin yerli mənbələrin Bu Əli Sina xəstəxanasının əməkdaşlarına istinadən verdiyi məlumata görə, ölənlərin sayı 3 şəhid və 37 yaralıya çatıb. Əfqanıstan Jurnalistlər Mərkəzinin bəyanatında bu terror partlayışında yaralanan 15 jurnalistin adı açıqlanıb.

Milli Jurnalist Günü münasibətilə Əfqan Ava Xəbər Agentliyi və Tebyan Mədəni-İctimai Mərkəzinin Bəlx vilayətinin jurnalistlərindən və istimai fəallarından təqdir etmək məqsədilə “Məhdəviyyət, Media və Mədəniyyətin Təbliği” adlı konfrans təşkil etmişdir. Konfrans əsnasında həmin yerə terror hücumu olub.

İŞİD terror qruplaşması martın 12-də bəyanat yayaraq bu utanc verici hücumun məsuliyyətini öz üzərinə götürüb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani və İranın Bəlx vilayətindəki Baş Konsulluğu bir qrup jurnalistin, mədəniyyət və media fəallarının şəhadəti və yaralanması ilə bağlı kədərləndiklərini ifadə edərək, bu terror aktını qətiyyətlə qınayıb, dünyalarını dəyişənlərə rəhmət, qalanlarına səbir diləyərək və həmçinin Əfqanıstan Jurnalistlər İcmasına və Bəlx əhalisinə başsağlığı veriblər.

Əfqan Ava Xəbər Agentliyi və Tebyan Mədəni-İctimai Mərkəzi Höccətül İslam Vəl Müslimin Seyid İsa Hüseyni Məzari tərəfindən idarə olunan müstəqil və mədəni təşkilatdır. 2017-ci il dekabrın 28-də bu qurum Kabil şəhərinin 13-cü rayonunda terror hücumunun hədəfinə çevrilmiş, nəticədə bu mərkəzin əməkdaşları və elitasından 52 nəfər, din alimləri, tələbələr və kursantlar şəhid olmuş və daha 140 nəfər yaralanmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir