Suriyada baş verən son hadisələr, 6 Mart 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın Hələb əyalətində yerləşən Eyn Əl-Ərəb (Kubani) şəhərinin qərbində Rusiya hərbi polisi və Türkiyə ordusu qüvvələrinin birgə patrul xidməti həyata keçirilib.
1- Hələb:
– Fevralın 27-də Suriyanın şimalında yerləşən Eyn Əl-Ərəb şəhərinin qərb ətrafında Rusiya-Türkiyə birgə 128-ci hərbi patrulu keçirilib.
– Fevralın 27-də Hələbin qərbində yerləşən Kəfərtəal kəndindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumlarına məruz qalıb.
– Martın 4-də Suriya ordusu Hələbin qərbində yerləşən Kəfərnuran, Kəfərtəal və Kəfərəmə kəndlərindəki terrorçuların mövqeləri artilleriya zərbələri ilə hədəfə alıb.
– Martın 6-da Suriyanın Hələb vilayətində yerləşən Eyn Əl-Ərəb (Kubani) şəhərinin qərbində Rusiya hərbi polisi və Türkiyə ordusunun birgə patrul xidməti həyata keçirilib.
2- İdlib:
– Martın 1-də İdlibin cənubunda yerləşən Əl-Barə bölgəsində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– Fevralın 27-də İdlibin şimalında yerləşən Kəfəriya bölgəsindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
3- Dəraa:
– Fevralın 26-da Səhm Əl-Cəvlan – Əş-Şəcərə yolunda naməlum silahlı şəxslərin bir avtomobilə hücumu nəticəsində bir nəfər həlak olub, bir nəfər yaralanıb.
– Martın 4-də Dəraa əyalətinin Yadude şəhərində silahlı qüvvələrin keçmiş üzvlərindən biri naməlum silahlı şəxslər tərəfindən öldürülüb.
4- Deyr əz-Zor:
Martın 5-də İŞİD terror qruplaşması Suriya Demokratik Qüvvələrinin (SDQ) Əl-Şəhil qəsəbəsindəki nəzarət-buraxılış məntəqəsinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
5- Raqqa:
Fevralın 27-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya hücumları ilə M4 magistral yolunu və Eyn-İsa şəhərinin ətrafını hədəfə alıb.
6- Həsəkə:
– Fevralın 27-də Təll-Təmər şəhəri üzərində Türkiyə ordusunun kəşfiyyatçı dronlarının uçuşu görüntülənib.
– Fevralın 27-də Türkiyənin dəstəklədiyi terrorçular Suriya Demokratik Qüvvələrinin (SDQ) Təll-Təmər ətrafındakı Umm Əl-Kif və Əl-Kuzliyə kəndlərindəki mövqelərini hədəfə alıb.
7- Dəməşq:
Fevralın 26-da İraq, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Fələstin, Liviya, Misir parlamentlərinin sədrləri, Oman və Livan nümayəndə heyətlərinin sədrləri son 12 ildə görünməmiş bir addımla Dəməşqə daxil olublar və onları Suriya prezidenti Bəşər Əsəd qarşılayıb.
8- Suriyada yerləşən araşdırma qrupunun verdiyi açıqlamaya görə, Türkiyə silahlı qüvvələri 2022-ci ildə Suriyanın şimal-şərqində ən azı 130 dron hücumu həyata keçirib.
9- Martın 4-də ABŞ-ın Birləşmiş Qərargah rəisi Mark Milley Suriyaya səfər edib və Suriyanın şərqində yerləşən Amerika işğalçı qüvvələrini ziyarət edib.
Rəy