Son iki həftə ərzində İraqda İŞİD terrorçularına aid fəaliyyətlərin təfərrüatı + FOTO

Bazar ertəsi 6 Mart 2023 - 19:56
https://az.iswnews.com/?p=19588

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terrorçuları son iki həftə ərzində İraq Ordusu, İraq Polisi, Həşd-Şəəbi və Həşd-Əşairi ilə müxtəlif toqquşmalar edib və bu toqquşmalar zamanı İraq qüvvələrinə ziyan vurub.

İŞİD-in son hücumlarını tədqiq edəndə Əl-Ənbar vilayətində Həşd-Əşairiyə qarşı törədilən terror aktı istisna olmaqla, digər silahlı insidentlərin müdafiə xüsusiyyətli olduğu görünür. Digər tərəfdən, son iki həftədə İŞİD ünsürləri tərəfindən iki gecə görüntü kamerasının məhv edilməsi İraq qüvvələrinin İŞİD ünsürlərinə qarşı təqib əməliyyatlarının artmasından xəbər verir.

İŞİD-in son iki həftə ərzində həyata keçirdiyi əməliyyatların təfərrüatları belədir:

– Fevralın 20-də İŞİD terrorçuları Diyalə vilayətində yerləşən Miqdadiyyə yaxınlığındakı İraq Ordusu postunda quraşdırılmış gecəgörmə kamerasını məhv edib.

– Fevralın 22-də Kərkükün mərkəzindəki Rəs Əl-Cisr bölgəsində İŞİD ünsürləri Həşd-Şəəbi qüvvələri və İraq Polisi ilə toqquşub, onlardan birini şəhid edib, digərini isə yaralayıb. Eyni zamanda, İŞİD-in “Ən-Nəbə” həftəlik hesabatına görə, İraq hökumətinin rəsmi mediası bu münaqişəni ailə münaqişəsi kimi qiymətləndiribmiş.

– Fevralın 23-də İŞİD ünsürləri Mosulun cənubundakı Əl-Həzər bölgəsində Həşd-Şəəbi avtomobilinin yolunda yol kənarına yerləşdirilmiş bombanı partladıb, nəticədə bir Həşd-Şəəbi qüvvəsi şəhid olub, iki nəfər yaralanıb. İŞİD ünsürləri eyni gündə və eyni bölgənin yaxınlığında Həşd-Şəəbi piyada patrulları yolunda daha bir bomba partladıb, nəticədə bir nəfər şəhid olub, bir neçə nəfər yaralanıb.

– Fevralın 23-də İŞİD terrorçuları Diyalə əyalətinin Motibicə bölgəsi yaxınlığında İŞİD ünsürlərinə qarşı pusqu quran İraq ordusunun patruluna hücum etmiş və iki nəfəri yaralamışlar.

– Fevralın 26-da İŞİD terrorçu ünsürləri Əl-Ənbar vilayətində yerləşən Hit bölgəsinin Əl-Məhəmmədi rayonunun Əl-Xəvzə kəndindəki Həşd-Əşairi qərargahına hücum edərək bir cəbhə komandiri və daha üç Həşd-Əşairi qüvvəsini şəhid ediblər. Qeyd edək ki, İŞİD xəbər mənbələri bu hücumun görüntülərini yayımlayıb.

– Martın 1-də İŞİD terrorçuları Kərkük əyalətinin Daquq şəhərinin cənubunda yerləşən Əl-Sumud kəndi yaxınlığındakı İraq Ordusunun postuna hücum edərək, gecəgörmə kamerasını məhv edib.

Qeyd edək ki, bu hesabatda yer alan məlumatlar İŞİD xəbər mənbələrinə əsaslanır. Həmçinin İŞİD ünsürlərinin itki və onlara dəymiş ziyanın miqdarı barədə məlumat dərc edilməyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir