ABŞ-ın Birləşmiş Baş Qərargah Rəisi İsrail rəsmiləri ilə görüşüb

Bazar 5 Mart 2023 - 14:35
https://az.iswnews.com/?p=19572

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ-ın Birləşmiş Baş Qərargah Rəisi, işğal olunmuş Fələstin ərazisinə səfər edib, sionist rejimin rəsmiləri ilə görüşüb.

ABŞ ordusunun Birləşmiş Baş Qərargah rəisi Mark Mille martın 3-də sionist rejimin bir sıra rəsmiləri ilə görüşüb və onlarla söhbət edib. İsrail mediasının məlumatına görə, görüşlərin əsas diqqət mərkəzi İran məsələsi olub.

İsrailin Müdafiə Naziri Yoaf Qallantın ofisi, Mark Mille-yə istinadən bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əməkdaşlığın davam etdirilməsi zəruridir. Həmçinin Pentaqonun elanına əsasən, ABŞ Ordusunun Birləşmiş Baş Qərargah rəisi sionist həmkarı Herzi Hollovey ilə görüşüb və İranın təhdidləri ilə mübarizə üçün səylərin koordinasiyasını müzakirə edib.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin gələn həftə çərşənbə günü işğal olunmuş ərazilərə daxil olacaq. Bu səfər İsrail rejiminin qəsəbə tikintilərini qanuniləşdirmək səyləri və sionist rejimin maliyyə naziri Bezalel Smotriçin fələstinlilər yaşayan Havara kəndinin təxrib edilməsi ilə bağlı açıqlamaları səbəbindən Təl-Əviv və Vaşinqton arasında münasibətlərin bir qədər gərgin olduğu bir vaxtda baş tutacaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir