Səbuhi Səlimov dəfn olundu + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, dünyasını dəyişmiş Qarabağ qazisi Səbuhi Səlimov Bakının Hökməli qəbirstanlığında dəfn olundu.
Mücahid, mömin və Qarabağ qazisi Səbuhi Səlimov 50 günlük aclıq aksiyasından sonra dünən 2 mart tarixində məhkəmə zalında ürək tutmasından dünyasını dəyişərək şəhidlik məqamına qovuşdu.
Qeyd edək ki, Səbuhi Səlimov 2021-ci ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılmışdır. 17 il həbs cəzasına məhkum edilmişdir.
O, Əliyevlər rejiminin haqsız qərarına etiraz olaraq aclıq aksiyasına başlamışdı.
Qeyd edək ki, Səbuhi Səlimov məhkəmədən bir gün öncə aclıq aksiyasını dayandırmışdı.
O, bu gün 3 mart tarixində Bakının Hökməli qəbirstanlığında dindarların müşayiəti ilə dəfn olunub.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi bu məzlum şəhidə Allahdan uca məqam, ailəsinə və yaxınlarına səbr diləyir, başda İmam Zaman (ə) olmaqla Azərbaycan xalqına başsağlığı verir.
Daha çox oxuyun: Səbuhi Səlimov aclıq aksiyasını davam etdirir
Rəy