Məqalə: İŞİD və Əl-Qaidə hansı dillərdə danışırlar?
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi bu yaxınlarda “İslami Tərcümə Mərkəzi; Əl-Qaidənin media qolu” başlıqlı araşdırma dərc etdi. Bu araşdırma həqiqətdə Əl-Qaidənin media məhsullarını tərcümə edən mərkəzləşdirilmiş müəssisənin (The Islamic Translation Centre -ITC-) müdürü ilə Mona Thakkarın Midstone centre saytında dərc olunmuş müsahibəsinin müqəddiməsinin tərcüməsi idi.
Əvvəla onu deyim ki, bu müqəddimə müsahibə ilə birlikdə yayımlanarsa, müxatəblər bundan tam yararlanacaq. Amma növbəti məqam ondan ibarətdir ki, “Əl-Qaidə”nin media sahəsində yeni və aktiv quruma diqqət yetirməsinə baxmayaraq, bu araşdırma adətən “qaranlıqdakı fil” hekayəsi ilə izah edilən zərərdən əziyyət çəkir.
Görünür, müəllif qaranlıqda filin yalnız bir hissəsinə toxunmuş və həmin hissəni bütün fil hesab etmiş və ona uyğun təhlil etmişdir. Müəllif ITC-ni İŞİD media qurumları ilə rəqabətdə Əl-Qaidənin media tərcüməsi bölməsinin bir qolu kimi təsvir etmişdir ki, bu da tamamilə münasib və düzgündür. Lakin eyni zamanda Əl-Qaidə və İŞİD-dəki tərcümə mühitinin aydın mənzərəsini tam, düzgün və dəqiq təsvir edə bilməmişdir.
Araşdırmanın farsca tərcüməsinin əvvəlində deyilir: “Bu illər ərzində İŞİD-in rəsmi media qrupları və onların “İiləm”, “Əl-Əzaim”, “Halummu” və … kimi qeyri-mərkəzləşdirilmiş dəstək icmaları tərcümə sahəsində təbliğat təşəbbüsləri irəli sürmüşlər”.
Müəllif bu paraqrafda xüsusi işlərində bir-birləri ilə əlaqəsi olmayan üç qeyri-rəsmi qurumun və ya İŞİD tərəfdarının adını bir araya gətirib. Bir halda ki, burada digər qurumların adlarını bir arada görmək mümkün idi.
Bu paraqrafı tənqid edərkən onu qeyd edək ki, İŞİD-in rəsmi məhsullarını ingilis dilinə tərcümə edən “Halummu” müəssisəsi istisna olmaqla, bu paraqrafda qeyd olunan digər iki müəssisənin əsas işi tərcümə deyil. Əslində, müəllif “Halummu” ilə yanaşı onun kimi bir çox başqa müəssisələri qeyd edə bilərdi.
Nümunə olaraq müəllif İŞİD məhsullarını hind dilinə tərcümə edən “İnfiru” və ya “Əl-Qital”, fransız dilinə tərcümə edən “Əl-Nur”, benqal dilinə tərcümə edən “Əl-İidalə” və ya “Ət-Təmkin”, diuhi dilinə (Maldiv adalarının rəsmi dili) tərcümə edən “Əl-Bəşair” kimi müəssisələrini misal gətirə bilərdi.
Bu arada “Nedai Həqq” kimi müəssisələr İŞİD-in əsərlərini Urdu, bəzən Puştu və Hindi dillərinə də tərcümə edir, baxmayaraq ki, onların da öz istehsalları var. “Raste Ri” müəssisəsi də kürd dili ilə məşğuldur. Türk dilində müstəqil jurnal da daxil olmaqla öz istehsalatları olan və İŞİD-in məhsullarını bu dilə tərcümə edən “Əl-Meydan” müəssisəsi də fəaliyyət göstərir.
Təbii ki, İŞİD-in əsərlərini müxtəlif dillərə tərcümə edən müəssisələr bu müəssisələrlə məhdudlaşmır və İŞİD dünyanın ən azı 26 dilində məzmun hazırlayır ki, bunların əksəriyyəti İŞİD-in rəsmi media məzmununun tərcümələridir. Əslində bu müəssisələr İŞİD-in özü tərəfindən dəstəkçi və ya tərəfdar olan müəssisələr kimi təyin edilib.
Mona Thakkar xanımın məqaləsində “Halummu” ilə yanaşı adı çəkilən Əl-Əzaim müəssisəsi İŞİD-in Xorasan vilayətinin media qolu sayılan çoxdilli müəssisədir. Əsas işi Talibanın qeyri leqal olmasını təbliğ etməkdir. Onun əsas fəaliyyət sahəsi Əfqanıstan və Orta Asiya ölkələridir. İşində uğurlu olmaq üçün puştu, ingilis, ərəb və fars dillərində jurnallar nəşr edir. Bundan əlavə, o, bəzən İŞİD-in bəzi rəsmi media materiallarını tərcümə edir. Bu müəssisə həmçinin yuxarıda qeyd olunan dillərdə broşürlər, kitablar, audiofayllar və videolar nəşr edir. Bu yaxınlarda bu müəssisənin Tacikistan bölməsi ondan ayrıldı ki, bu da haqqında danışmaq üçün başqa məqam tələb edir.
Əl-Əzaim müəssisəsi tərəfindən 1444-cü ildə (Hicri-Qəməri tarixi ilə) Rəbi-Ül-Əvvəl ayında nəşr olunan infoqrafikada puştu, dari/fars, özbək, tacik, ingilis, rus və urdu dillərində 175 broşür və kitab, 750 audio fayl və 108 video və filmin istehsalından xəbər verilmişdir. Həmçinin, müəllifin “Halummu” ilə yanaşı qeyd etdiyi “İiləm” müəssisəsinin əsas işi tərcümə deyil, İŞİD-in media materiallarının, o cümlədən tərcümələrinin yayılması üçün portalları təmin etməkdir. Lakin fars dilində bir-iki tərcümə bu müəssisənin loqosu ilə yayımlansa da, bu müəssisənin əsas işi paylaşmaqdır və tərcümə deyil.
Əslində, müəllifin bu bənddə diqqətdən kənarda qoyduğu məsələ İŞİD-in əsərlərinin tərcümə olunduğu çoxlu sayda qurum və loqolardır. Təbii ki, bu yazıda diqqətdən kənarda qalan başqa bir məsələ isə İŞİD-in media məkanında dəstəkçi və tərəfdar və qeyri-rəsmi qurumların yüksək dinamizmi, axıcılığı və çevikliyidir ki, bu da İŞİD-ə imkan verir, eyni zamanda bu loqoların şəxsiyyətini və məlumatlarını qoruyub saxlamaqla müxtəlif vaxtlarda media materiallarını onlara tərcümə etdirsin.
Nümunə olaraq, son zamanlar İŞİD-in Nigeriyanın şimal-şərqində yerləşən Borno bölgəsindəki Qərbi Afrika Vilayəti adı altında fəaliyyət göstərən İŞİD-in ən fəal qruplarından birini misal çəkmək olar. Çad Gölü ərazisində bu ərazinin ehtiyaclarına uyğun olaraq “Əl-Buheyrə” loqo və ya müəssisəsi adı altında bu qrup İŞİD-in media materiallarını Çad Gölü bölgəsinin müxtəlif dillərinə o cümlədən Nigeriya, Çad, Niger və Kamerun dillərinə tərcümə edir. Bu dillər əslində o bölgələrin xalqlarının dilləridir ki, İŞİD orada məskunlaşmasından istifadə edib, təbii ki, Boko Haram vasitəsilə onların arasına nüfuz edib. “Əl-Buheyrə” müəssisəsinin İŞİD media məzmununu tərcümə etdiyi dillər bunlardır: Kanumbo, Bodama, Fulani, İngilis, Kunari və Hausa.
Bu onu göstərir ki, İŞİD-in bu sahədə media strategiyası mərkəzləşdirilmiş idarəçilikdir, lakin mərkəzləşdirilməmiş tərcümələrdir. Əl-Qaidədə bunun əksi kimi görünür; Mərkəzləşdirilməmiş idarəetmə və mərkəzləşdirilmiş tərcümə. Təbii ki, araşdırmada qeyd olunduğu kimi (ITC) yaradılması o demək deyil ki, bundan əvvəl Əl-Qaidə mediasının materialları yalnız Əl-Kifah müəssisəsi tərəfindən fransız dilinə tərcümə edilib. Əslində, Əl-Qaidənin müxtəlif qolları arasında tərcümə də çevik, zaman və məkanla müşayiət olunan bir cərəyandır.
Bu məsələ ilə əlaqədar bir çox misal gətirmək olar. Məsələn, bir neçə ildir ki, Myanmada Rohinca müsəlmanlarının kritik vəziyyəti və onlar arasında Əl-Qaidənin təsiri ilə birgə Taliban və Əl-Qaidənin müxtəlif qollarının bəzi media məhsullarını iki “Arakan Ka Manbar” və “Arakan Media” müəssisə Rohinca dilinə tərcümə edib və hazırda etməsini misal çəkmək olar. Yaxud Somalidəki Şəbab Əl-Mücahidin qruplaşmasının media qolu olan Əl-Kətaib müəssisəsi, adətən, mühüm məhsullarını ərəb, ingilis, somali və sahil ölkələri dillərinə tərcümə edir. Həmçinin Əl-Qaidənin qolu olan Cəmaət Nusratul-İslam-Vəl-Muslimin qruplaşmasının media qolu Əl-Zələqa müəssisəsi bu yaxınlarda beş dildə olan, Ərəb dili, Bombari dili, Bozo dili, Tariqi dili və Fulani dillərində bir video yayımladı.
Bir sözlə, media İŞİD və Əl-Qaidə kimi ekstremist qruplar üçün gündəlik çörəkdən daha vacibdir. Bu əhəmiyyətə görə, xüsusən də ekstremizmin ulduzunun sönməsindən sonra müxtəlif dillərə tərcümə və onlarla məşğul olmaq məsələsi bu qruplaşmaların gündəminə gəlib. Buna səbəb isə bu variantdan istifadə edərək yeni dilli nəsillərin zehnini fəth etməkdir. Bu arada, bu qruplaşmaların hər biri, fəaliyyət göstərdikləri əraziyə görə, adətən müxtəlif sahələr olan (İŞİD: 26 dil və Əl-Qaidə: 30 dil) bəzi dillərə digərlərindən daha çox meyl edir. Beləliklə Əl-Qaidə və İŞİD-in dil sahəsi də bir-birindən fərqlənir.
Rəy