İranda Vilayət Səmasının Müdafiəçiləri 1401 təlimi keçirilib + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Vilayət Səmasının Müdafiəçiləri 1401 birgə hərbi təlimi “Ya Əli İbn Əbi Talib (ə)” şuarı ilə İran İslam Respublikasının şimal qərb, qərb, şərq, cənub, şimal və mərkəzində yerləşən hava hücumundan müdafiə məntəqələrində keçirilib.
Vilayət Səmasının Müdafiəçiləri 1401 təlimi fevralın 25-də axşam saatlarında Xatəmül-Ənbiya (s.ə.s.) hava hücumundan müdafiə bazasının komandanlığı və “Ya Əli İbn Əbi Talib (ə)” şuarı ilə İranın şimal-qərbində, qərbində, şərqində, cənubunda, şimalında və mərkəzində yerləşən hava hücumundan müdafiə zonalarında bir milyon kvadrat kilometrdən çox ərazini əhatə edərək başlayıb.
Bu təlimdə İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin dron və hava hücumundan müdafiə bölmələri ilə yanaşı, Ordunun Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri, dron və qırıcıları, eləcə də SEPAH Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələri və dronları Ordunun bütün qüvvələrindən min müşahidə nöqtəsi, SEPAH və ümumi polis komandiri ölkənin hava sahəsini müşahidə və izləmə vəzifəsini yerinə yetirərək hərbi təlimə qatılıblar.
Bu təlimdə ilk dəfə olaraq yeraltı müdafiə tuneli nümayiş etdirilib. Bu nümayiş 3 Xordad müdafiə sisteminin yeraltı tunelin içindən çıxması ilə həyata keçirilib.
Bu təlimdə İran silahlı qüvvələri 3 Xordad müdafiə sistemindən əlavə, Xatəm, Təlaş, Məcid, Bavər 373 və Mirsad 16 müdafiə sistemlərindən də istifadə edib.
Vilayət Səmasının Müdafiəçiləri 1401 təliminin komandirləri bu təlimdə müxtəlif istiqamətlərdə və hündürlükdə, elektron döyüş mühitində hücum edən qüvvə rolunda 100-dən çox qırıcı təyyarəsi və dronun göndərilməsini həyata keçiriblər. Ümumiyyətlə gecə saatlarında bölgədəki həssas mərkəzlərə, o cümlədən, təlim bölgəsində təsvir edilmiş Nüvə mərkəzləri, elektrik stansiyaları, hərbi və iqtisadi mərkəzlər daxil olmaqla hücum edilməli, hücum qüvvələri və hava hücumundan müdafiə bölmələrinin fəaliyyəti diqqətlə qiymətləndirilməlidir.
İran Silahlı qüvvələrin illik təlimlərinə əsasən, bu, Vilayət Səmasının Müdafiəçiləri 1401 birgə hərbi təlimi İran səmasının təxminən üçdə ikisi ərazisində keçirilən dördüncü birgə ixtisaslaşmış müdafiə təlimidir. Bu təlim ötən illərin təlimlərindən daha geniş və həcmli olub və bu mənada Amerika və İsrail ordularının havadan İrana hücum məqsədi ilə həyata keçirdiyi geniş və çoxsaylı təlimlərə cavab kimi qiymətləndirilə bilər. Qərbin İrana qarşı birgə müharibəsinin genişlənməsi ilə sionist rejim rəhbərlərinin hərbi təhdidlərinin həcmi də artıb və bu rejim ordusu dəfələrlə İranın nüvə və hərbi obyektlərini bombalamaq planı hazırlamaqdan danışır! Belə bir vəziyyətdə düşmənin mümkün hücumlarının qarşısını almaq üçün İran Silahlı Qüvvələrin hazırlığını göstərmək lazımdır.
Qeyd edək ki, dünən 1 mart tarixində bu hərbi təlim sona çatıb.
Daha çox oxuyun: İran Hərbi Hava Qüvvələri Oqab 44 yeraltı bazasını nümayiş etdirdi + VİDEO və FOTO
Rəy