Hacı Şahin Həsənli vəfat edib – Bu gün dəfn olunacaq
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi və Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli vəfat edib.
O bu gün səhər sübh namazı zamanı ürəktutma səbəbindən dünyasını dəyişib.
Globalinfo.az saytı isə bir müddət əvvəl onun ürəyinə stent qoyulduğunu yazıb.
Bildirilib ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub.
Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb:
“Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib”.
Allah rəhmət etsin, yaxınlarına səbr versin!
Rəy