De-fakto Daqlıq Qarabağ nümayəndələri ilə görüş keçirilib

Çərşənbə 1 Mart 2023 - 20:25
https://az.iswnews.com/?p=19468

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin komandirinin iştirakı ilə Azərbaycan hökumətinin rəsmiləri və Qarabağın erməni icmasının nümayəndələri arasında görüş keçirilib.

Azərbaycanı təmsil edən nümayəndələr bu gün çərşənbə günü 1 mart tarixində Xocalıda Qarabağ bölgəsində yaşayan etnik ermənilərlə görüşərək onların Azərbaycana “reinteqrasiyasını” müzakirə edib.

Bildirilib ki, görüşdə Laçın dəhlizi və ətraf mühitin monitorinqi məsələləri müzakirə edilib.

Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Bu, separatçı Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” Ruben Vardanyanın fevralın 23-də tutduğu vəzifədən azad olunduqdan sonra baş tutmuş ikinci görüşdür.

Ruben Vardanyan bu vəzifəyə təyinat alandan sonra rəsmi Bakı bəyan etmişdi ki, onun təmsil etdiyi qrupla danışıqlar aparmayacaq.

Azərtac xəbər agentliyi Azərbaycanı Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş, Milli Məclisin üzvü Ramin Məmmədov təmsil etdiyini bildirib.

Görüşdə Azərbaycan tərəfdən həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.

Keçirilən görüşdə Laçın dəhlizi üzərindən maneəsiz avtomobil hərəkətinin bərpası və Laçın dəhlizinin məqsədli istifadəsi məsələləri müzakirə olunub. Bu barədə “Artsaxpress” agentliyinə Rusiya sülhməramlılar kontingentinin komandanlığı bildirib.

Tərəflər, həmçinin müntəzəm elektrik və qaz təchizatı məsələlərini müzakirə ediblər.

Bundan başqa, görüş çərçivəsində Azərbaycan tərəfi nümayəndələrinin Drmbon və Kaşen mədənlərində ətraf mühitin monitorinqi imkanı müzakirə olunub.

Separatçı Dağlıq Qarabağ prezidentinin sözçüsü Lusine Avanesyan görüşlə bağlı Armenpress nəşrinə açıqlamasında görüşü “konstruktiv” adlandırıb.

Qarabağ İnformasiya Departamentinin verdiyi məlumata görə. “DQR prezidenti” Arayik Harutyunyan martın 1-də hökumət kabinetinin iclasında deyib ki, “Azərbaycanla hər hansı inteqrasiya prosesi istisna olunur”.

“Bir daha vurğulamaq istəyirəm ki, çətinliklərə və məruz qaldığımız təzyiqlərə baxmayaraq, Artsax hərəkatına sadiq qalacağıq. Tam məsuliyyətlə bəyan etmək istəyirəm ki, Azərbaycanla hər hansı inteqrasiya prosesi istisna olunur. Lakin bu, o demək deyil ki, biz infrastruktur və humanitar xarakterli problemlərin həlli məqsədi ilə təmaslardan qaçacağıq. Münaqişənin tənzimlənməsi üzrə danışıqlar üçün isə, 23 fevral tarixli müraciətimdə dediyim kimi, müəyyən şərait və beynəlxalq format təmin etmək lazımdır”, – Arayik Harutyunyan öz çıxışında bildirib.

Separatçı Dağlıq Qarabağın “dövlət naziri” Ruben Vardanyan vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Azərbaycan və Dağlıq Qarabağ nümayəndələri arasında ilk görüş fevralın 25-də baş tutmuşdur. Bu barədə Ermənistan mediası xəbər vermişdi. Azərbaycan bu görüş barədə məlumata münasibət bildirməmişdi.

Rəsmi Armenpress agentliyi görüşün Azərbaycanda yerləşdirilən Rusiya sülhməramlı qüvvələri (RSK) tərəfindən təşkil olunduğunu yazmışdı.

Hərçənd ki, RSK saytında bu barədə məlumat verilməmişdi.

Bildirilir ki, ilk görüşün (25 fevralda keçirilən) fonu və ilkin şərti Azərbaycanın Dağlıq Qarabağ (Artsax) hökumətinin daxili işlər naziri Ruben Vardanyanın vəzifədən azad edilməsi ilə bağlı şərti olub. Bu tələbi Bakı hökuməti və İlham Əliyev şəxsən Ermənistanın baş naziri Nikol Paşinyan vasitəsilə Dağlıq Qarabağın erməni hakimiyyətinə çatdırıb. Həmçinin fərziyyələrə görə, Ermənistan öz vasitəçi rolunu oynayıb və İlham Əliyev hökuməti Rusiya, Avropa İttifaqı və ABŞ-ın təzyiqləri ilə üzləşə bilməyib.

İslam Dünyası Xəbərlərinin təhlilinə görə, Dağlıq Qarabağın hakimiyyətini əlində saxlayan erməni Artsax dövlətinin prezidenti Araik Harutunyan Ruben Vardanyanı vəzifəsindən uzaqlaşdırmağa məcbur edilsə də, o, bu region üçün xal qazanıb. Bakı hökuməti ilə Dağlıq Qarabağın hakimiyyət orqanları arasında aparılan danışıqlar ermənilərin Dağlıq Qarabağda müstəqil mövcudluğunun təsdiqi və tanınması deməkdir. Həmçinin Ruben Vardanyanın işdən çıxarılmasına baxmayaraq, Vardanyan, hələ də Dağlıq Qarabağ regionundadır və Rusiya ilə münasibətləri və erməni rəsmilərinin təhlükəsizliyini və bu region xalqının ehtiyaclarını təmin etdiyi üçün hələ də kölgə hakimiyyətini əlində saxlayır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir