Pərviz Müşərrəf üçün Təhrik-e-Taliban qruplaşması ağır qovluq açıb + VİDEO

Çərşənbə 1 Mart 2023 - 12:41
https://az.iswnews.com/?p=19448

Təhrik-e-Taliban Pakistanın media qolu olan Ömər Media yeddi dəqiqəlik videoda Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəfin hakimiyyəti dövründəki işini araşdırıb və onu Pakistandakı sonsuz qarşıdurmaların və müxtəlif tayfaların bir-birlərini öldürməsinin əsas səbəbi adlandırıb.

Bu videoda Təhrik-e-Taliban Pakistan (TTP) terrorizmlə mübarizədə Pərviz Müşərrəfin amerikalılarla əməkdaşlığını tənqid edir və onun prezidentliyi dövründəki bəzi işlərini xatırladır.

Bu filmdə pislənən hallar bunlardır:

• Miranşaha hücum

• Şimali Vəziristana hücum

• 2006-cı ildə Bacurda dini məktəbə hücum

• 2007-ci ildə Həfsə İnstitutunun təxrib olunması

• 2007-ci ildə Ləəl məscidi hadisəsi

• Müxtəlif insanların yoxa çıxması, o cümlədən Bəlucistanda

• Doktor Aafiyə Siddiqinin həbsi və amerikalılara təhvil verilməsi

Bu videoda Pərviz Müşərrəf Pakistan xalqını sonsuz müharibəyə sürükləməkdə, həmçinin mücahidləri və “Millət qızı”nı (yəni Aafiyə Siddiqi) dollara Amerikaya satmaqda ittiham olunur.
Bu videoda Təhrik-e-Taliban Pərviz Müşərrəfi İslama və hətta etnik, qəbilə, yerli və milli adət-ənənələrə məhəl qoymamaq üçün səlahiyyətindən və hərbi formasından sui-istifadə edən biri hesab edir.

Bu videoda Müşərrəf Pakistanın müxtəlif bölgələrində insanları havadan bombardman etməkdə və onun hücumları nəticəsində yüzlərlə bəluc insanın, həmçinin Müfti Nizamuddin Şamzai və Qazi Əbdül Rəşid kimi din alimlərinin ölümündə günahlandırılır.

Bu qruplaşma bir müddət əvvəl dünyasını dəyişən Pərviz Müşərrəfi ilahi imtahanlarda uğursuz olduğunu hesab edir və Müşərrəfin ruhuna dua etməkdən imtina edən nümayəndəsinin videosunu yayımlayır. Videonun sonunda Pakistan rəsmiləri Pərviz Müşərrəfin taleyindən dərs almağa və Allaha tövbə etməyə dəvət olunur.

Qeyd edək ki, Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf bazar günü, fevralın 5-də 79 yaşında vəfat edib. O, Pakistanın çevriliş yolu ilə hakimiyyətə gələn və ölkəni 9 il idarə edən 10-cu prezidenti olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir