Fələstin müqaviməti işğal olunmuş ərazilərə raket zərbələri endirib + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət dəstələri bu gün cümə axşamı səhər saatlarında raket hücumu ilə sionistlərin yaşadığı Sdirut və Əsqəlan bölgələrini hədəfə alıb.
İsrail ordusunun dünən onlarla fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnən Nablus hücumuna cavab olaraq Fələstin müqavimət dəstələri yerli saat 03:58 radələrində Sdirut və Əsqəlan da daxil olmaqla Qəzza zolağı ətrafındakı işğal olunmuş əraziləri raket hücumu ilə hədəfə alıb.
Bu hücumdan bir neçə dəqiqə sonra İsrail rejimi ordusu Qəzza zolağından işğal olunmuş ərazilərə raket atılması xəbərini təsdiq edərək, Dəmir Qübbə sistemi ilə 5 raketin zərərsizləşdirildiyini açıqlayıb. İsrail ordusunun açıqlamasına görə, bir raket də açıq əraziyə düşüb.
Bu hücumdan sonra İsrail mediası Walla xəbər saytının müxbiri Əmir Buxbut bildirib: “Qəzzadakı fələstinli dəstələr yeni tənlik qurmağa nail olublar. Çünki İordan çayının qərb sahilində baş verən hər hansı qeyri-adi hadisə Qəzza tərəfinin raket hücumları ilə cavablandırılır. (İsrail) Ordu cavab vermək məcburiyyətində qalır”.
Müqavimət qüvvələrinin işğal olunmuş ərazilərə raket hücumundan təxminən iki saat sonra bu hücumlara cavab olaraq sionist rejimin qırıcı təyyarələri Qəzzə şəhərinin qərbindəki Bədr bazasına və Qəzza zolağının mərkəzindəki Əl-Bric düşərgəsindəki digər bazaya bir neçə raket atmaqla hücum edib. Bu hücumda insan itkisi olmayıb.
Qeyd edək ki, fevralın 13-də İsrail ordusu Fələstin müqavimətinin sionistlərin yaşadığı Nahil-Uz qəsəbəsinə raket hücumuna cavab olaraq Qəzza zolağındakı hədəflərə hücum etmişdir.
Daha çox oxuyun: İsrail ordusu Qəzza zolağına hava zərbələri endirdi + VİDEO və FOTO
Rəy