Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Birinci Hissə

Yılmaz
Yazar:Yılmaz
Cümə axşamı 23 Fevral 2023 - 02:14
https://az.iswnews.com/?p=19258

Oxuyacağınız məqalədə azərbaycanlı jurnalist, şəhid Çingiz Mustafayevin bənzərsiz şəxsiyyətindən bəhs edilir. Bir neçə hissədən ibarət olan bu məqalə, Qarabağ müharibəsi hadisələrini işıqlandırarkən, Xocalı soyqırımının həqiqi təfərrüatlarını açıqlayır.

Keçən həftə mən Şəhid Çingiz Mustafayevin (bundan sonra yazıda qısaca “Çingiz” adlandırılacaq) bənzərsiz şəxsiyyətini tanıtmaq üçün məqalə yazmalıydım. Yazı hazır oldu və yayımlanmaq üçün “İslam Dünyası Xəbərləri” saytının baş redaktoruna çatdırıldı. Amma son redaktə mərhələsində videolardan birinin dəqiq yerini və tarixini axtararkən təəccüblü məzmunla rastlaşdım. Beləliklə, ilk dəfə olaraq bu sənədlərin bəziləri farsdilli bir mətbuatda (agentliyimizin fars bölməsində) dərc olunur, baxmayaraq ki, mən bir sıra Azərbaycan kanalları və səhifələrinin rəhbərləri ilə söhbətdə də bu sənədlərin onlar üçün də yeni və heyrətedici olduğunu anladım.

Oxuyub, müşahidə edəcəyiniz sənədlərin əsas hissəsi azərbaycanlı şəxslərə və ölkə (Azərbaycan) daxili sənədlərə aiddir. Mümkün qədər bu neçə hissəli məqalədə erməni tərəfinin iddialarına istinad edilməməyə çalışılıb.

Birinci hissə: Şəhid Çingiz Mustafayev

Yaraşıqlı və uzun boylu azəri gənc olan Çingiz kameranı çox sevir. Çingiz Sovet İttifaqının bir sıra film və seriallarında müsbət və vurub-tutan oğlan rollarında oynayır (şəkil №1). “Hip Hop” janrlı musiqi üslubunda ilk azəri albomunu nəşr edir (şəkil №2). O, tibb təhsilini başa vurur və bütün mümkün risklərə (sovetlər tərəfindən edam riski) baxmayaraq, 1990-cı il yanvarın 20-də Bakı ordusunun yaralılarını müalicə edir.

Şəkil №1 – Sovet İttifaqında rus filmində rol oynayan Çingiz
Şəkil №2 – Çingiz ifa edən zaman

Hər yerdə gəzib kamera axtarır. O, 1989-1990-cı illərdə Bakının Azadlıq meydanında keçirilən nümayişləri lentə alan azsaylı jurnalistlərdəndir.(şəkil №3)
Qarabağ müharibəsinin başlaması ilə eyni vaxtda o, DR-PRESS (Moskva xəbər agentliyi), AZTV (Azərbaycan Respublikasının dövlət televiziyası) və ABC NEWS-da işləyir. Dövlət televiziyası rəsmilərinin ona yaratdığı qadağalara görə o, ANS xəbər agentliyini yaradır. Çingiz və qardaşı Vahid bu telekanalı birlikdə idarə etməyə başlayırlar. Bu kanalın fəaliyyət göstərdiyi bütün illər ərzində Azərbaycan hakimiyyəti sonradan deyəcəyimiz səbəblərdən ANS TV-yə çətinliklə dözürdü. 2016-cı il Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Vahid Mustafayevə (Çingizin qardaşı) aid olduğu bir halda Fətullah Gülənlə müsahibənin yayımlanmasından sonra telekanal, həmişəlik bağlandı.

Şəkil № 3 – 1990-cı il, Çingiz Mustafayev Azadlıq meydanında on minlərlə bakılının izdihamlı nümayişində –
Çarşab taxaraq azadlığa çatan qadın

Vahid Mustafayevin 1999-cu ildə xatirələrində dərc etdiyinə görə, Çingiz Qarabağ cəbhələrində olduğu 8 ay ərzində 18 sənədli film çəkib.

Çingiz nəhayət 1992-ci il iyunun 15-də “Naxçıvanik” adlanan kəndin yaxınlığında cəbhə xəttində Azərbaycan-Ermənistan silahlı qüvvələrinin nəfəs kəsən qarşıdurmasını lentə alarkən şəhid oldu.

Çingizin şəhid olması ilə bağlı şübhələr var. Bəziləri Azərbaycan qüvvələrinin Çingizi qəsdən şəhid etdiyinə inanırlar (o cümlədən Nyu-Yorkda yerləşən CPJ Jurnalistlərə Dəstək Komitəsi Çingizin ölümünün şübhəli olduğunu iddia edir: burada).

Bu cür iddiaların irəli sürülməsi ehtimalının nədən qaynaqlandığı sonra qeyd olunacaq.

Çingiz və qardaşı Vahid bütün cəbhələrdə hüzur tapırlar və məhz ANS radio və televiziyasının məşhur şüarı ilə (dəqiq, qərəzsiz, vicdanla) cəbhənin dərinliklərindən və AZTV-nin xəbərlərin qarşısını aldığı bir vaxtda heç bir mühafizəkarlıq etmədən xalqa dəqiq xəbərlər çatdırırlar. Bu maneələr haqqında Vahid xatirələrində yazır:
“Bir gün məni Müdafiə Nazirliyinə çağırdılar, müdafiə naziri mənə dedi: Əgər səni yenidən Qarabağda görsəm, səni güllələməyi əmr edəcəm. Sonra da nazirin mühafizəçiləri məni döydülər”.

Xatirəni ingilis və azəri dillərində buradan oxuyun:

Documenting the Horrors of Karabakh, Chingiz Mustafayev in Action

Çingizin xəbər komandası ilə bu düşmənçiliklərin səbəbini AZTV-də dərc olunan xəbərlərlə ANS TV-nin xəbərləri arasındakı fərqdə axtarmaq lazımdır. Hökumət və hərbi jurnalistlərin reportajları hamısı Azərbaycan hərbi qüvvələrinin “üstünlükləri”, “cəsarətləri” və “fəthləri” məzmunu ilə hazırlanırdı və jurnalistlər komandirlərdən “Rembo” kimi personajlar təqdim etməli idilər. Amma Çingizlə Vahid müharibə həqiqətlərini nəql etmək ardıncadılar. Çingiz əsgərlərin cəbhələrdən kütləvi şəkildə qaçması səhnəsini dəfələrlə lentə alır və yayımlayır.

Video №1 – Çingiz Mustafayev Laçın şəhərinin çıxışında cəbhədən qaçan əsgərlərlə mübahisə edir

(Video № 1)-də Laçın şəhərinin çıxışında Çingiz kamerası ilə qaçan əsgərlər karvanını saxlayır və əsgərlər bir neçə BMP və yük maşını ilə təchiz olunarkən yüksək səslə onlardan soruşur:
Çingiz – Kim komanda verib ki, qayıdasız?
BMP üzərindəki əsgər – Heç kim bilmir. Yiyəsizik, yiyəsiz, başa düşürsən???
Çingiz – Hamınız qorxaqsınız, arvadsınız…

Video № 2 – Laçın müdafiə qüvvələrinin cəbhədəki vəziyyətləri

Başqa bir videoda (video №2) Çingiz Laçın şəhərində şəhərdə qalan əsgərlərlə mübahisə edərkən onlara deyir:
Çingiz- Dünən axşam televiziyada “Rəhim”lə (həmin vaxt müdafiə naziri Rəhim Qazıyev) müsahibəmi görmədiniz? Rəhim mənə dedi ki, cəbhədən qaçanların cəzası yerində güllələnməkdir. Narahat olma, bir BMP Laçının çıxışında qoy, kim qaçırsa, başına at.
Əsgər – Cənab, komandirlər hamıya xəyanət etdi. Kimə deyirəm öz postuna get, deyir komandir deyib, döyüşməyin. Komandirlər güllələnməlidir…

Video №3 – Laçında münaqişə başlamazdan əvvəl Azərbaycan əsgərlərinin şəhərdən kollektiv şəkildə qaçmasından sonra Çingiz Mustafayev və şəhəri müdafiə edən könüllü dəstələr və əsgərlər – 15 may 1992-ci il

Nəhayət, 1992-ci il mayın 15-də (Video №3) Laçın şəhərində Çingiz açıq şəkildə bəyan etdi ki, burada ermənilərin olmamasına və heç bir atəş açılmamasına baxmayaraq, bütün hərbi qüvvələr şəhəri tərk edib və o, və kamera kadrında görünən bir qism əsgər və könüllü qüvvələr şəhərdə qalır. Səhəri gün şəhər çökür.

Video №4 – Çingizin deputatlarla münaqişəsi
Mövzu: Niyə deputatların yatmağını televiziyada göstərmisən?
Videoda Çingizin qardaşı, ANS radio və televiziyasının sahibi Vahid də görünür.

Bu xəyanətlərdən təngə gələn Çingiz Azərbaycan Milli Məclisindəki nümayəndələrlə dava edir. (Video №4)
– Nümayəndə: Niyə nümayəndələrin yatmaqlarını lentə alıb televiziyada göstərmisən?
– Çingiz: (Qəzəbli halda) Ermənilər cəbhədə adam öldürür, sən də burada yatırsan! Yatmayın, məndə televiziyada yayımlamayım. Yenə də, nümayəndələrin yatmağını televiziyada göstərəcəm.

Bu videodakı maraqlı məqam ondan ibarətdir ki, Çingiz o qədər məşhurlaşıb ki, deputatlar onu kiçik adı ilə çağırır, ondan çəkinirlər.

Hərbi komandirlərin adam və texnika üstünlüyünə baxmayaraq, Bakı siyasətçilərinin siyasi oyunlarına əsir düşdüyü, döyüşdən qaçmağı üstün tutduğu cəbhələrin qəlbində Çingiz çoxlu dəqiqələrlə kamerası ilə vuruşur.
Çingiz Azərbaycan qüvvələrinin (komandirlərinin) xəyanət və qorxaqlığını tarixə yazan çoxlu videolar lentə alıb. Təbii ki, bu məqalədə onların hamısına toxunmaq mümkün deyil. Lakin döyüş meydanındakı bu intizamsızlıqların əsas səbəbini Bakıda siyasətçilərin hakimiyyət mübarizəsində axtarmaq lazımdır.

Bakıda tutarlı “Milli Ordu” yoxdur. Hər bir siyasi partiyanın öz hərbi qüvvəsi var. Onların da əsas bağlandığı yer Türkiyəyə və pantürkist meylli olan “Azərbaycan Xalq Cəbhəsi” partiyasıdır. Sovet İttifaqının kommunist hakimiyyəti dövründə tez-tez siyasi həbslər yaşayan bu partiyanın liderləri dövrün kommunist hökumətinin qurulmasına dözmürlər. Xalq Cəbhəsinin rəhbəri olan Əbülfəz Elçibəy Azərbaycanın birinci prezidenti, kommunist meyilli Ayaz Mütəllibovu vəzifəsindən kənarlaşdırdıqdan sonra prezident oldu. Cəmi bir ildən sonra isə Azərbaycanın köhnə siyasətçisi, Xalq Cəbhəsi qüvvələrinə tam rəhbərlik etməyi bacaran Heydər Əliyev prezident oldu. Əliyev, müharibə cəbhələrində xəyanətlər və aşkar uğursuzluqlar, xüsusən də iki strateji şəhər olan “Ağdam” və “Kəlbəcər”in çökməsi zamanı Əbülfəz Elçibəyi və o vaxtkı müdafiə naziri Rəhim Qazıyevi Şuşa şəhərinin çökməsində dövlətə xəyanət ittihamı ilə tapşırılmış məhkəmə prosesində 11 il həbs cəzasına məhkum edir. [Əvvəlcə ölümə, sonra yüngülləşdirilərək ömürlük həbsə məhkum edilir. 11 il həbs cəzası çəkdikdən sonra isə Avropa İnsan Hüquqları Konvensiyası rəyi ilə siyasi məhbus kimi azadlığa buraxılır].

Bakıdakı siyasi vəziyyətin acınacaqlı və hakimiyyət üzərində mübarizələrin olması barəsində kifayətdir ki, 1991-1993-cü illər arasında 6 müdafiə nazirinin və 3 prezidentin dəyşirilməsi vurğulansın.

Ardı var…

30.10.2017

P.s: Yazar iranlıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir