Əl-Sudani: “Bizə xarici döyüş qüvvələri lazım deyil”.

Bazar ertəsi 20 Fevral 2023 - 15:32
https://az.iswnews.com/?p=19137

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın baş naziri Münxen Təhlükəsizlik Konfransında ölkənin xarici döyüş qüvvələrinə ehtiyacı olmadığını vurğulayıb.

Fevralın 19-da İraqın baş naziri Məhəmməd Şəyya Əl-Sudani Münxen Təhlükəsizlik Konfransında bəzi məsələlər, o cümlədən xarici qüvvələrin İraqda olması ilə bağlı çıxış edib.

Bu görüşdə Əl-Sudani bəyan edib ki, İraq qüvvələri ölkədə təhlükəsizlik və sabitliyə nail olmaq imkanına malikdir və təhlükəsizlik sektorunda islahatlara başlanılıb. Bu məsələ illərdir diqqətdən kənarda qalan bir məsələdir. Bütün siyasi qüvvələr təhlükəsizlik islahatlarını dəstəkləyir.

İraqın baş naziri vurğuladı: “İraq açıq şəkildə bəyan etdi ki, onun xarici döyüş qüvvələrinə ehtiyacı yoxdur və yalnız müşavirlərə ehtiyacı var. Biz Amerika koalisiyasının müşavirlərinin sayını İraqın suverenliyinə zəmanət verəcək şəkildə nəzərdən keçiririk. Bu yanaşma xalq tərəfindən və siyasi cəhətdən dəstəklənir. Nə İran, nə də Amerika İraqın xarici əlaqələri ilə bağlı heç bir narahatlıq ifadə etməyib və İran İraqla dərin sosial, siyasi və tarixi əlaqələri olan dost ölkədir”.

Qeyd edək ki, Məhəmməd Şəyya Əl-Sudani Amerika qüvvələrinin İraqda mövcudluğunu müdafiə edib və onların geri çəkilməsi üçün vaxt cədvəli təyin etməyib, Wall Street Journal-a müsahibəsində xarici qüvvələrə hələ də ehtiyac olduğunu bildirib. Bu sözlərdən sonra müqavimət dəstələri İraq və Suriyada Amerika terrorçu karvanlarına və mövqelərinə hücumlar təşkil etdilər.

Görünür, müqavimət dəstələrinin həyata keçirdiyi hücumlar Əl-Sudaninin əvvəlki mövqelərindən bir qədər geri çəkilməsinə və Münxen Təhlükəsizlik Konfransında xarici qoşunların İraqdan çıxarılmasından danışmasına səbəb olub. Yaxın bir neçə ayda Əl-Sudaninin sözlərini və mövqelərini həyata keçirmək mümkün olacaqmı, yoxsa bu ölkənin keçmiş baş naziri Mustafa Əl-Kaziminin vədləri kimi onun sözləri də yalnız siyasi şüarlardan ibarət olub-olmadığı bəlli olacaq!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir