İranın Xarici İşlər Nazirliyi Əliyevin iddialarına reaksiya verdi + VİDEO

Bazar ertəsi 20 Fevral 2023 - 01:01
https://az.iswnews.com/?p=19132

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir kənani Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Münxendə səfirliklə bağlı söylədiyi iddialara reaksiya verdi.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ötən gün 19 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin bu ölkənin Tehrandakı səfirliyinə hücumla bağlı iddialarına cavab olaraq deyib: “Yaxşı olar ki, hər hansı qərəzdən, məsələnin siyasiləşdirilməsindən və təbliğatından çəkinək”.

O, əlavə edib: “Bu hadisənin medialardakı qeyri-hüquqi şərhlərlə açıqlanması işin hüquqi və məhkəmə təqibində konstruktiv hərəkət deyil”.

Kənani bildirib: “İran İslam Respublikasının müvafiq rəsmiləri tərəfindən dəfələrlə vurğulandığı kimi, iş öz hüquqi prosedurlarından keçir. (İndiyədək) Verilən məlumatlar hücum edənin açıq-aşkar ifadələrinə əsaslanır. Təbii ki, bu acı hadisənin bütün tərəfləri diqqətlə və ekspertizaya əsaslanaraq araşdırılır”.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İran tərəfinin prosedurun nəticəsini şəffaf şəkildə təqdim etməyə tam hazır olduğunu vurğulayaraq deyib: “İki ölkənin yüksək səviyyəli siyasi və məhkəmə rəsmilərinin diplomatik mesajlarında və təmaslarında qeyd edildiyi kimi, İran İslam Respublikası araşdırmaların nəticələrini Azərbaycan tərəfinə təqdim etməyə hazırdır və əminik ki, Azərbaycan Respublikası rəsmilərini düşündürən bütün qeyri-müəyyən məqamlara və suallarla bağlı əməkdaşlıq və konstruktiv yanaşma ilə lazımi cavabı alacaqlar”.

İlham Əliyevin Münxendə Azərbaycanın Tehrandakı səfirliyindəki hadisə ilə bağlı iddiaları
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir