Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Dördüncü Günü, 27 Fevral 2022

Bazar 27 Fevral 2022 - 20:42
https://az.iswnews.com/?p=1907

Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlaması

Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər, 24 Fevral 2022

Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər, 25 Fevral 2022

Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər, 26 Fevral 2022

Kiyevdəki Sikroski hava limanında uçuş-enmə zolağı Rusiya təyyarələrinin enişinə mane olmaq üçün avtomobillər tərəfindən bağlanıb.

-Almaniya kansleri: Ukraynadakı dostlarımıza 1000 tank əleyhinə silah və 500 Stinger raketi veririk.

Ukrayna şərqindəki münaqişənin son vəziyyəti, 26 Fevral 2022 + Xəritə

Ötən gecə Rusiya ordusunun Ukrayna ordusunun mövqelərinə endirdiyi ağır hava zərbələrindən sonra rus qoşunları bu gün, fevralın 27-də səhər saatlarında Xarkov şəhərinə daxil olub. Hazırda şəhər daxilində toqquşmalar gedir və Rusiya qüvvələri şəhərə tam nəzarəti ələ keçirə bilməyib.
Xarkov Ukraynanın Kiyevdən sonra ən böyük şəhəridir. 1919-1934-cü illərdə Ukraynanın paytaxtı olub və Ukrayna iqtisadiyyatı üçün böyük sənaye əhəmiyyəti var.
Rusiya Müdafiə Nazirliyi Xerson vilayətinin mərkəzi Xerson şəhəri və Ukraynanın cənubundakı Zaporojya vilayətinin Berdyansk şəhərinin mühasirəyə alındığını elan edib.
Rusiya Müdafiə Nazirliyi Krım yarımadasının şimalındakı Heniçsk şəhərinin və Xerson şəhərinin hava limanının ələ keçirildiyini açıqlayıb. Heniçsk şəhərinin yeri xəritədə göstərilib.
Ukraynanın Xarkov vilayətinin Balakliya şəhərində Rusiyanın hərbi anbara hücumunun videosu
Bəzi mənbələr Ukrayna hərbçilərinin Xerson səmasında Rusiyaya məxsus Mi-24 helikopterini vurduğunu iddia edən videonu yayıb.

-Rusiya Müdafiə Nazirliyi:
-Ukraynanın 975 hərbi infrastruktur obyekti məhv edilib.
-İki “Toçka” taktiki raketi, 223 tank və 8 təyyarə məhv edilib.
-Biz Ukrayna Silahlı Qüvvələrinin 31 S-300 hava hücumundan müdafiə sistemini məhv etdik.
-Luqansk separatçıları əməliyyat başlayandan 52 km-lik Ukrayna müdafiə xəttinə sızıblar.

Xarkovda rus ordusu AMPR Tiger şəkli.
Xarkovda bəzi yerli mənbələrin rus ordusunun şəhərə nəzarəti ələ keçirdiyinə dair iddialarına baxmayaraq, qarşıdurmalar davam edir.
Ukraynanın cənubundakı Xerson əyalətindəki Nova Kaxovka SES-nin yaxınlığında Rusiya quru qüvvələrinin peykdən çəkilmiş şəkli.
Nova Kaxovka şəhəri Xerson və Militopol şəhərləri arasında yerləşir. Şəhərdə başqa su elektrik stansiyası da var ki, bunun da böyük əhəmiyyəti var.
Ukraynanın qərb ətraflarında İvano-Frankivsk hava limanına Rusiyanın raket hücumlarının vurduğu ziyan
Bu hücumlar nəticəsində Ukraynaya məxsus bir neçə MiQ-29 qırıcı təyyarəsi məhv edilib və ya ciddi şəkildə zədələnib.
Ukrayna qüvvələrinin Xarkov şəhərində Rusiya hərbi patrul karvanına hücumu
Xarkov küçələrində rus əsgərlərinin videosu (1)
Xarkov küçələrində rus əsgərlərinin videosu (2)
Xarkovda bir küçədə rus qoşunları tərəfindən tərk edilmiş AMRP Tiger maşını şəkli
  • Ukraynanın müharibədə rus hərbçilərinin yeni itkiləri ilə bağlı son statistikası:
  • Ukrayna mediası 7 helikopter və 4 hərbi təyyarənin vurulması və Rusiya ordusunun hərbi karvanının məhv edilməsi barədə məlumat yayıb.
  • Ukrayna ordusunun komandanı:
    3000-dən çox rus əsgəri öldürülüb, 200-dən çoxu əsir götürülüb. İndiyədək qüvvələrimiz 16 hərbi təyyarə və 102 tankı məhv edib.
  • Bizim hava hücumundan müdafiə qüvvələrimiz TU-22 hərbi təyyarənin Belarusdan Kiyevə atdığı qanadlı raketi vurub.
Ukraynanın şərqindəki Xarkov şəhərində partizan döyüşü videosu
Rusiyalı danışıqlar aparan nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusun Qomel şəhərinə səfər edib, lakin Ukrayna rəsmiləri iştirak etməyib. Rusiya rəsmiləri Ukraynanın danışıqlara cavab verməsi üçün iki saatlıq (Bakı vaxtı ilə saat 16:00-a qədər) vaxt təyin edib və bundan sonra ölkənin cavab vermədiyi təqdirdə Kiyevin gələcək nəticələrə görə məsuliyyət daşıyacağını bəyan edib.
Ukrayna prezidenti Zelenski də Belarusda Rusiya ilə danışıqları qəbul etməyib.
Ukraynalıların nəzərindən Kiyev vilayətinin İrpin şəhərində münaqişə anları (1)

Bu xəbər yenilənəcək…

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir