İmam Xamenei: “İranofobiyanın əsas səbəbi İran İslam Respublikasının Fələstinə dəstəyidir”. + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslamın sevimli peyğəmbəri Həzrət Məhəmmədin (s) Məbəs bayramı (Peyğəmbərin -s- peyğəmbərliyə çatdığı gün) münasibəti ilə, bu gün səhər (şənbə) İran İslam Respublikasının bir qrup rəsmisi, İslam ölkələrinin nümayəndə və səfirləri və beynəlxalq Quran yarışması tədbirində iştirak edən qonaqlar İmam Xamenei ilə görüşüblər.
Həzrət İmam Xamenei bu gün səhər Məbəs bayramı münasibətilə İran İslam Respublikasının bəzi rəsmiləri, İslam ölkələrinin nümayəndə və səfirləri və beynəlxalq Quran yarışması tədbirinin qonaqları və iştirakçıları ilə görüşündə Rəsulullahın (s) peyğəmbərliyə çatmasının nəhəng və tükənməz xəzinələrindən istifadəni, İslam ümmətinin bütün problemlərinin həlli və dünya və axirət səadətinə çatmağın yolu hesab edərək əlavə edib: “Əgər İslam ölkələri Peyğəmbərin (s) təlimlərinə əməl etsəydilər, şər olan sionist rejimi heç vaxt İslam ümmətinin gözü qarşısında məzlum fələstinlilərə qarşı vəhşilik və cinayət törədə bilməzdi. İran xalqı və hökuməti bu sahədə öz vəzifələrini yerinə yetirməyə davam edəcək”.
İslam İnqilabının Rəhbəri İran xalqını və dünya müsəlmanlarını bu mübarək bayram münasibətilə təbrik edərək, Peyğəmbərin (s) peyğəmbərliyə çatmasını (Məbəsi) Allahın bəşəriyyətə ən böyük və ən qiymətli neməti və töhfəsi hesab edib və Məbəsin xəzinələrini izah edərək bildirib: “Tövhid və Allahdan qeyrisinə qul olmaqdan azad olmaq, ən böyük O, Məbəsin xəzinəsidir, çünki tarix boyu hər bir müharibə, cinayət və fitnə Allahdan qeyrisinin bəndəliyindən yaranmışdır”.
İmam Xamenei “Təzkiyə”nin insanları və bəşəri hər cür fitnə-fəsaddan azad edən dərman kimi, “Təlim”in fərdi və ictimai həyatı ilahi göstəriş və əmrlər əhatəsində saxlamaq, “hikmət”in isə insan həyatını ağıl, hikmət və bəsirətlə idarə etmək olmağını Məbəsin digər xəzinələrindən sayıb.
Həzrət Ayətullah Xamenei Qurani-Kərimin ayələrinə istinad edərək, Peyğəmbərin (s) Məbəsinin xəzinələrini təsvir etməyə davam edərək, “müqaviməti” hər hansı bir məqsədə çatmağın açarı hesab edib və əlavə edib: “Ədalətin bərpası” da Allahın bəşəriyyətə Peyğəmbərin (s) Məbəsi ilə bəxş etdiyi digər hədiyyələrdən biridir”.
İnqilab Rəhbəri “Kafirlərlə şiddətli, möminlərlə mülayimdirlər.” ayəsinə istinad edərək əlavə etdi: “Şiddətli olmaq, düşmənlər qarşısında möhkəm və nüfuza dayanıqlı olmaq deməkdir. Təəssüf ki, bu, nəzərə alınmır. Əlbəttə ki, nizamlı, müdrik və yaxşı əlaqələrə malik olmaq yaxşıdır, lakin nüfuz məsələsində insan və cəmiyyət praktiki olaraq digərləri tərəfindən idarə və kontrol olunur”.
Həzrət Ayətullah Xamenei bəşərin bu sonsuz nemət qarşısındakı davranışları sırasında Məbəs xəzinələrini tanımamağı, onların küfrünü və əməldən daha çox dildə demək ilə kifayətlənməyi saydı və dedi: “Parçalanma, geridə qalma, praktiki və elmi zəifliklər və bir çox başqa şeylər Məbəs ilə bu cür davranışların nəticəsidir”.
İnqilab rəhbəri hicri üçüncü və dördüncü əsrlərdə bəşərin ən böyük sivilizasiyasının yaradılmasını Quran təlimlərinin nisbi şəkildə həyata keçirilməsinin nəticəsi adlandırıb və əlavə edib: “Hətta bu gün də Peyğəmbərin (s) bənzərsiz qabiliyyəti və Qurandan istifadə olunarsa, İslam dünyasının zəiflikləri aradan qaldırılacaq, rifah və tərəqqi üçün zəmin hazırlanacaqdır”.
Həzrət Ayətullah Xamenei Fələstin məsələsini İslam ümmətinin mühüm zəiflikləri və yaralarından biri hesab edərək dedi: “Bir xalq və bir ölkə İslam dünyasının gözü qarşısında hər gün vəhşi, xəbis və şər mənbəyi olan rejim tərəfindən sonsuz zülmə məruz qalır. İslam ölkələri isə bütün bu qədər sərvət, imkan və qabiliyyətləri ilə yalnız tamaşa edirlər. Hətta bu ölkələrin bəziləri, xüsusən də son zamanlarda bu qaniçən rejimlə yoldaşlıq edir”.
İnqilab Rəhbəri belə ölkələrin zəifləməsini cinayətlər qarşısında sükut və sionistlərlə əməkdaşlıqların nəticələrindən biri hesab edib və əlavə edib: “Vəziyyət o yerə çatıb ki, Amerika, Fransa və bir neçə başqa ölkə Müsəlmanların problemlərini həll etmək iddiası ilə, özləri çarəsiz və problemlərini həll edə və ölkələrini idarə edə bilmədikləri bir halda, özlərinə İslam dünyasına müdaxilə etmək haqqını veriblər”.
O, vurğulayıb: “Əgər elə əvvəldən, İslam hökumətləri xeyirxahların, o cümlədən Nəcəfin böyük alimlərinin sözlərinə qulaq assaydı və qəsbkar rejimə qarşı möhkəm dayansaydı, bu gün Qərbi Asiya regionunda vəziyyət başqa cür olardı və İslam ümməti bir çox cəhətdən daha birləşmiş və daha güclü olardı”.
İnqilab Rəhbəri İslam Respublikasının məzlum fələstinlilərə dəstək verən açıq və aydın mövqelərinə işarə edərək dedi: “İran heç kimi nəzərə almır və Fələstin millətini açıq şəkildə dəstəkləmək və müdafiə etməklə yanaşı, onlara hər cür kömək etməkdə davam edəcək”.
O, düşmənlərin İranofobiyaya diqqət yetirməsinə işarə edərək dedi: “Təəssüf ki, Fələstin xalqına kömək etməyə borclu olan hökumətlər İslam düşmənlərinin iranofobiyası ilə həmfikirdirlər”.
Həzrət Ayətullah Xamenei Məbəs təlimlərinə qayıdış, müsəlman xalqların birliyi və cəm olması, İslam dövlətlərinin formal deyil, real əməkdaşlığını İslam ümmətinin bütün problemlərinin həlli adlandırıb və öz çıxışının sonunda o, çoxlu qurbanların və zərər çəkmişlərlə nəticələnən Türkiyə və Suriyada baş verən son böyük zəlzələdən təəssüf və kədərləndiyini ifadə edərək, əlavə edib: “Fələstin və Amerikanın müdaxiləsi kimi siyasi məsələlərin əhəmiyyəti istənilən vəziyyətdə İslam ümməti gözündə önündə olmalıdır”.
Rəy