İŞİD-in Suriyada qanlı hücumu baş tutub

Şənbə 18 Fevral 2023 - 17:49
https://az.iswnews.com/?p=19049

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının Homs vilayətində yerləşən Əl-Suxna şəhərinin ətrafına hücumu nəticəsində azı 53 mülki şəxs şəhid olub.

Fevralın 17-də İŞİD terror qruplaşmasının ünsürləri Homs əyalətinin Əl-Suxna şəhərinin cənub-şərqindəki Əl-Dubiat məntəqəsinə hücum edərək göbələk toplayan bir qrup suriyalı mülki şəxsə hücum edib. Nəticədə ən azı 53 mülki vətəndaş şəhid olub.

Bununla bağlı bəzi yerli mənbələr ələ keçirildikdən sonra bir neçə mülki vətəndaşın İŞİD terrorçuları tərəfindən yerində edam edildiyini iddia edib.

Suriya ordusu qüvvələrinin və müttəfiqlərinin davamlı əməliyyatlarına baxmayaraq, Tedmor səhrası, Əl-Suxna şəhərinin ətrafı və Homs vilayətinin bəzi digər əraziləri İŞİD qruplaşmasının terror fəaliyyətinin əsas yerlərindən biri hesab olunur.

Xatırladaq ki, yanvar ayında İŞİD terror qruplaşmasının Homs vilayətində yerləşən Tedmor şəhəri yaxınlığında Suriya ordusunun qərargahlarından birinə hücumu nəticəsində bir neçə suriyalı əsgər şəhid edilmiş və yaralanmışdır.

Daha çox oxuyun: Suriyada baş verən son hadisələr, 1 Yanvar 2023

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir