Əl-Qaidə Yəməndəki 6 milyon dollarlıq komandirini nümayiş etdirdi + VİDEO

Cümə 17 Fevral 2023 - 14:08
https://az.iswnews.com/?p=19025

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Şəbvə əyalətindəki “Əl-Qaidə” terror qruplaşmasının lideri Səəd bin Aatif Əl-Avlaki bir videoda Şəbvə əyalətinin əhalisini Əbyən vilayətinin əhalisinə kömək etməyə və BƏƏ-nin bu ərazilərdəki fəaliyyətlərinə qarşı çıxmalarına çağırıb.

“Ərəbistan yarımadasında Əl-Qaidə təşkilatı”na (Əl-Qaidənin Ərəbistan yarımadası və Yəməndəki qolu) aid media qolu olan “Əl-Məlahim” müəssisəsi Əl-Qaidənin Şəbvədəki lideri “Səəd bin Aatif Əl-Avlaki”nin 11 dəqiqəlik videosunu yayımlayıb. Bunuda qeyd edək ki, ABŞ Dövlət Departamentinə bağlı “Ədalət Mükafatı” proqramı 2020-ci ildə Əl-Avlaki haqqında məlumat verənə, altı milyon dollar mükafat verəcəyini bildirmişdir.

Bu videoda nadir hallarda kamera qarşısına çıxan Əl-Avlaki BƏƏ-yə və onun Yəmənin cənubundakı hərəkətlərinə şiddətlə hücum edir və Əbyən və Şəbvə əyalətlərinin əhalisini BƏƏ-nin onların dinlərini və dünyalarını məhv edən planlarına qarşı durmağa çağırır.
Əl-Avlaki BƏƏ-ni Amerikanın və regiondakı yəhudilərin vəkili adlandırıb və onların Şəbvə və Yəməndəki əlaltılarını dünya və axirətdə ziyana uğrayanlardan hesab edib.

O, çıxışının davamında Peyğəmbərdən (s) rəvayət olunan bəzi hədislərə istinad edərək, Əbyənin şərəfli mövqeyindən bəhs etmiş və Allah Rəsuluna kömək edən Əbyəndən bir ordunun çıxacağını qeyd edir. O, həmçinin Şəbvə əhalisindən xahiş edir ki, ən yaxın qonşu kimi Əbyən əhalisinə öz ordusunu Həzrət Peyğəmbərə (s) kömək etmək üçün təşkil etməkdə kömək etsinlər.

Bəzi yerli medialar Yəməndəki Əl-Qaidə tərəfindən bu videonun yayımlanmasının məqsədini Yəməndəki Əl-Qaidə təşkilatının komandirləri arasında fikir ayrılıqlarının olmamasını, xüsusən də Xalid Batrafi ilə Səəd Əl-Avlaki arasında baş verən hadisələrdə birlik olduğunu göstərmək məqsədi daşıdığını bildiriblər.

Amerikalılar Səəd Əl-Avlakini 2011-ci ildə Yəməndə öldürülən “Əl-Qaidə”nin tanınmış lideri “Ənvar Əl-Əvlakinin” qohumlarından biri hesab edir. Amerikanın fikirincə Səəd Əl-Avlaki gənc yaşına baxmayaraq, Yəməndəki Əl-Qaidə ünsürləri arasında əhəmiyyətli nüfuza malik bir adamdır.

Qeyd edək ki, bu videonun bəzi hissələrində Səəd Əl-Avlakini açıq havada “Əl-Qaidə”nin Yəməndəki lideri Xalid Batrafinin yanında görsənir. Xalid Batrafi bu videodakı sözlərində Allah Rəsulunun (s) hədislərində Ədən və Əbyənin xüsusi yerini vurğulayır.

Əl-Qaidənin Səəd Əl-Avlakinin bəyanatından ibarət videosunun bir hissəsi
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir