İordaniya xarici işlər naziri Suriya prezidenti ilə görüşüb + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İordaniyanın xarici işlər naziri Suriyaya səfəri zamanı Dəməşqdə bu ölkənin xarici işlər naziri və prezidenti ilə görüşüb və müzakirələr aparıb.
İordaniyanın xarici işlər naziri Əymən Əs-Səfdi fevralın 15-də Suriya paytaxtına rəsmi səfəri zamanı xarici işlər naziri Feysəl Əl-Miqdad və prezident Bəşər Əsədlə görüşüb və müzakirələr aparıb.
Əs-Səfdi Bəşər Əsədlə görüşündə İordaniya Kralı II Abdullahın narahatçılığını və başsağlığını bildirib və vurğulayıb:
“İordaniya Suriya zəlzələsindən əziyyət çəkən Suriya xalqı və hökumətinə başsağlığı deyir. Həmçinin, bu kədərin öhdəsindən gəlmək üçün Suriya və xalqına kömək edəcək”.
O, bəyan edib ki, dünya ölkələri bu hadisəyə humanitar yanaşmalı, zəlzələdən zərər çəkənlərə siyasətsiz kömək etməlidir.
Bəşər Əsəd İordaniya hökumətinin və xalqının mövqelərini dəstəkləyərək vurğulayıb:
“Suriya xalqı, xüsusən də ərəb qardaşların istənilən müsbət mövqeyini alqışlayır. İki xalqın bir çox sahələrdə oxşar problemləri və şəraitləri var və eyni zamanda, iki qardaş xalq üçün faydalı olan bir çox sahələrdə birgə fəaliyyət imkanı var”.
Bu, İordaniya rəsmilərinin 2011-ci ildən bəri Suriyaya ilk səfəridir. İordaniya xarici işlər nazirinin Dəməşqdə iştirakı ilə eyni vaxtda Suriya zəlzələsindən zərərçəkənlərə 12 ton tibbi yardım daşıyan İordaniya təyyarəsi də Suriya paytaxtına gəlib.
Rəy