Rus ordusu Kupyansk cəbhəsində irəliləyib

Cümə axşamı 16 Fevral 2023 - 17:16
https://az.iswnews.com/?p=18982

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kupyansk cəbhəsində uzun müddət davam edən sakitçilikdən sonra Rusiya hərbçiləri bu cəbhədə yeni əməliyyata başlayıb və Doriçnəni nəzarətə götürdükdən sonra Kupyanskın şimalında Qrianikiuka yaşayış məntəqəsinə daxil olub.

Xarkov vilayətində yerləşən Kupyansk şəhərinin şimal və cənub cəbhələrində Rusiya ordusu qüvvələri ilə Ukrayna əsgərləri arasında qarşıdurma davam edir və rus əsgərlərinin bu ərazilərdə irəliləməsi ləng aparılır.

Son mərhələdə rus hərbçiləri Doriçnədəki mövqelərini stabilləşdirərək Qrianikioka yaşayış məntəqəsinə daxil olub və bu ərazidə şiddətli toqquşmalar davam edir.
Həmçinin Liman Perşinin cənubunda Sinkiokanın ələ keçirilməsi üçün qarşıdurma və artilleriya döyüşləri başlayıb. Ötən həftə rus qoşunlarının Sinkioka kəndinə daxil olması ilə bağlı xəbərlər yayılıb ki, bu da doğru deyil. Ötən həftədən etibarən Rusiya artilleriyasının Sinkioka kəndinə etdiyi atəşin həcmi xeyli artıb və belə görünür ki, rus ordusu bu ərazini ələ keçirmək üçün tezliklə qurudan irəliləməyə başlayacaq.

Rusiya ordusu Sinkioka və Doriçnə cəbhələrində əməliyyatlar və irəliləyişlə eyni vaxtda Kupyanskın şimalında Ukrayna hərbçilərinə təzyiq göstərməyi və Ukrayna ordusunun logistika diqqətini digər cəbhələrdən bu cəbhəyə yönəltməyi planlaşdırır.

Qeyd edək ki, Rusiya ordusu Luqanskın şimal cəbhələrində və Xarkovun cənubunda 5 aylıq fəaliyyətsizlikdən sonra bu cəbhənin bəzi bölgələrində yenidən hərəkətə keçməyə başlayıb. Bundan əvvəl, 2022-ci ilin sentyabrında rus ordusu Xarkov bölgəsinin şimal və şimal-şərq rayonlarından tamamilə geri çəkilmişdi. Rusların bu hərəkəti ilə o zaman rusların nəzarətində olan Xarkov vilayətinin təxminən 8800 kvadrat kilometr ərazisi Ukrayna ordusuna verilmişdir.

Daha çox oxuyun: Rus ordusu Xarkovun şimalından geri çəkildi + XƏRİTƏ

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir