Çin İran dronlarını almaq üçün növbədə dayanıb
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran Dövlət Təhlükəsizliyi Xidmətinin siyasi araşdırmalar mərkəzinin rəhbəri və İranın Baş Nazirinin baş müşaviri bir mərasimdə bildirib ki, müxtəlif KİV-lərin məlumatlarına görə, Çin 15000-dən çox İran istehsalı olan dron almaq üçün növbədə dayanıb.
İran dronlarının Rusiyaya satılması və Rusiya ordusunun Ukrayna ilə müharibədə İran dronlarından istifadə etməsi ilə bağlı mübahisələr davam etdiyi bir zamanda, bir İran rəsmisi keçirilən mərasim zamanı bəyan edib ki, məlum mənbələr 90 ölkənin İran dronlarının müştərisi olduğunu iddia edir.
İranın Baş Nazirinin baş müşaviri və İran Dövlət Təhlükəsizliyi Xidmətinin siyasi araşdırmalar mərkəzinin rəhbəri fevralın 8-də İranın Qəzvin şəhərində yerləşən İmam Xomeyni adına Beynəlxalq Universitetdə bir kitabın təqdimat mərasimində belə deyib: “Bu gün İranın müdafiə gücü və onun yaxşı nəticələri regionda qərb, Amerika və İsrailə dözülməz olub”.
O deyib: “Bizim şərqə yönləndiyimiz və tərəzinin gözü şərq xeyrinə, qərb ziyanına tərəf çevrildiyi gündən indiyədək, qərb Ukrayna müharibəsində olduğu kimi buna dözə bilmədi. Bu gün gücümüz o həddə çatıb ki, bəzi KİV-lər Çinin İran istehsalı olan 15000 dron almaq üçün növbədə dayandığını iddia edir”.
Middle East Monitor-un iddialarına görə, Tehran Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kremllə hərbi əməkdaşlığını dərinləşdirib. Bununla əlaqədar olaraq Wall Street Journal naməlum mənbələrə istinadən Tehran və Moskvanın Rusiya daxilində altı min dron istehsal etmək gücünə malik İran dron istehsal hərbi bazası qurmağı planlaşdırdığını iddia edib.
Daha çox oxuyun: Wall Street Journal: Tehran və Moskva Rusiyada İran dronları istehsal etmək istəyirlər
Qeyd edək ki, İran dronlarının Rusiyaya satılması və bu dronların Rusiya hərbçilərinin Ukrayna ilə müharibədə istifadəsindən sonra bir çox Qərb dövlətləri İranın Rusiyaya silah verməsinin qarşısını almaq bəhanəsi ilə İran şirkətləri və şəxslərinə qarşı sanksiyalar tətbiq etdi. Onlar bu hərəkətlə İran dronlarının istehsalının qarşısını ala biləcəklərini düşündülər!
Bu iddia İranın nəqliyyat təyyarələrinin Rusiyaya uçuşlarının ötən aylarla müqayisədə xeyli artdığı və məlum mənbələrin açıqladığı statistikaya görə indiyədək 80-dən çox reysə çatdığı bir vaxtda irəli sürülüb!
Əgər Qərbin iddiaları doğru olarsa və həmçinin, Ukraynadakı müharibədə İran dronlarının parlaq nəticələrinə nəzər salınarsa, bu fürsət İran istehsalı olan silah və sursatların həqiqi döyüş meydanında əməliyyat keyfiyyətini nümayiş etdirə və düzgün media fəaliyyətləri ilə İranın hərbi bazarını yaxşılaşdırmaq üçün istifadə oluna bilər.
Daha çox oxuyun: Ukrayna ordusu: Rusiya İranın hücum dronlarından istifadə edib!
Rəy