Mozambikin şimal-şərqindəki baş verən son hadisələr, İŞİD-in xristianlara qarşı hücumları kəskinləşib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşması bu ölkənin şimal-şərqində yerləşən Kabo Delqado əyalətində Mozambik xristianlarına qarşı hücumlarını kəskin şəkildə artırıb.
Ötən həftələrdə İŞİD terrorçuları hücumlarını xristian kəndlərinin mərkəzindən rabitə və nəqliyyat yollarına, xüsusən də Kabo Delqadonun şimalı ilə cənubunu birləşdirən ticarət yollarına ötürməyə çalışıblar.
İŞİD terror qruplaşması ünsürlərinin Kabo Delqado əyalətində son iki həftədə həyata keçirdiyi hücumların təfərrüatları belədir:
1- 17 yanvar çərşənbə axşamı günü İŞİD ünsürləri Mozambik ordusunun dəstəklədiyi yerli qüvvələrə Kabo Delqado əyalətinin Moida rayonunun cənubundakı Nacala kəndində hücum edib və bu hücum nəticəsində bir neçə nəfər yaralanıb. İŞİD ünsürləri bu şəxslərdən birini ələ keçirdikdən sonra onun başını kəsiblər. Həmçinin, onlar 40 evi yandırıblar.
2- 31 yanvar çərşənbə axşamı günü İŞİD ünsürləri Kabo Delqado əyalətinin Miloko rayonunun İba kəndi yaxınlığında Mozambik ordusunun dəstəklədiyi yeni yaradılmış silahlı qruplara hücum edərək 13 nəfəri öldürüb, 1 nəfəri əsir götürüblər.
3- 1 fevral çərşənbə günü İŞİD terrorçuları Kabo Delqado əyalətində Silva Makva və Makomia məntəqələri arasındakı yolda qurduqları pusquya düşən xristianlara məxsus 3 avtomobili hədəfə aldılar və hər üç avtomobildə olanları öldürdülər.
4- 3 fevral cümə günü İŞİD terrorçuları Kabo Delqado əyalətində yerləşən Monteboiz bölgəsindəki Namuro kəndinin xristianlarına hücum edərək onların bəzi ev və dükanlarını yandırıblar. Bu hücum nəticəsində kənddə çoxlu sayda insan evlərini tərk edərək Motiboyz şəhərinin mərkəzinə sığınıb.
5- 4 fevral şənbə günü İŞİD ünsürləri Kabo Delqado əyalətinin Moida bölgəsindəki Çaba xristian kəndinə hücum edərək beş xristianı öldürüb və ya əsir götürüb.
6- 4 fevral şənbə günü İŞİD terrorçuları Moida rayonunun Moylo kəndinə hücum edərək 20 evi yandırıblar.
7- 4 fevral şənbə günü İŞİD terrorçuları Kabo Delqado əyalətində yerləşən Mitambo kəndi yaxınlığında Makumiya və Bimba məntəqələri arasındakı əsas yolda xristian maşınlarını pusquya salaraq bir xristianı öldürüb, bir neçə nəfəri isə yaralayıblar. Onlar həmçinin, hər iki avtomobili də yandırıblar.
8- 6 fevral bazar ertəsi günü İŞİD ünsürləri Kabo Delqado əyalətinin Moyidombi rayonunun Namakiol xristian kəndinə hücum edib. Bu hücumdan sonra Mozambik ordusunun dəstəklədiyi yerli qüvvələr bu bölgədən qaçıblar.
Daha çox oxuyun: Mozambikin şimalında İŞİD-in son hücumlarının təfərrüatları
Rəy