Əbyən qəbilələrinin silahlıları Cənub Keçid Şurasının mövqelərinə qarşı hücuma keçiblər

Çərşənbə 8 Fevral 2023 - 18:02
https://az.iswnews.com/?p=18761

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Əbyən vilayətindəki qəbilələrin silahlıları bu əyalətdəki Cənub Keçid Şurasının silahlılarının mövqelərinə qarşı hücuma başlayıblar.

Yanvarın 28-də Əbyən Qəbilə İşləri üzrə Koordinasiya Komitəsinin səfərbərliyi və bu qəbilələrin silahlı üzvlərinin Cənub Keçid Şurasına qarşı Mudiya rayonunda toplanmasından sonra Əbyən qəbilələri Cənub Keçid Şurasının silahlı üzvlərinin bu vilayətdən çıxmalarını tələb ediblər. Lakin Cənub Keçid Şurası bu tələbi rədd etdikdən sonra Əbyən əyalətində öz hərbi mövqelərini gücləndirmək üçün səylərini artırdı. Nəhayət, Vadi Umran məntəqəsində silahlı qəbilələrin cənubluların mövqelərinə hücumları rəsmi olaraq fevralın 6-sı bazar ertəsi axşamdan başladı.

Qeyd edək ki, Əbyən qəbilələrinin silahlıları Səudiyyə Ərəbistanının dəstəyi ilə hərbi maşınlar və yüngül reaktiv yaylım atəşi sistemləri ilə təchiz edilib. Həmçinin Mudiya qəbilələrinin ağsaqqallarından olan Şeyx Həsən Əl-Şeyxə bu bölgədə Əl-Dər Əl-Vətən qüvvələrinin yeni briqadasını yaratmaq tapşırılıb.

Daha çox oxuyun: İslah partiyasının tərəfdarları Yəmənin Əbyən əyalətinin şimalındakı Hizam Əl-Əmni bazasına hücum ediblər + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir