Təl-Əviv Ukraynaya Dəmir Qübbə müdafiə sistemi göndərilməsi planını araşdırır

Çərşənbə 8 Fevral 2023 - 01:26
https://az.iswnews.com/?p=18741

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin baş naziri mətbuata müsahibəsində Dəmir Qübbə sistemi də daxil olmaqla, Ukraynaya silah göndərmək planının araşdırılmasından xəbər verib.

Sionist rejimin baş naziri Benyamin Netanyahu Fransanın LCI kanalına müsahibəsində Ukraynadakı müharibəyə toxunaraq deyib: “Dəmir Qübbə sistemləri də daxil olmaqla, Ukraynaya silah göndərilməsi məsələsi əvvəlki hökumət tərəfindən araşdırılıb və rədd edilib. Mən bu məsələni araşdırıb ona ən uyğun şəkildə cavab verəcəyəm, lakin Təl-Əviv öz variantlarını nəzərdən keçirməli və regiondakı mövqeyini nəzərə almalıdır”.

İsrailin iştirakının yəqin ki, başqa sahələrdə olacağını ifadə edən o, əlavə edib: “İsrail indiyə qədər Ukraynaya humanitar yardım və çoxlu sayda ukraynalı qaçqını qəbul etməklə kömək edib”.

Bu sözlər Rusiyanın Qərb dövlətləri və müttəfiqləri tərəfindən Ukraynaya hər hansı silah göndərilməsi ilə bağlı xəbərdarlıq edərkən, bunu gərginliyin artmasının səbəbi adlandırarkən gündəmə gəlib.

İsrail rejiminin keçmiş hökumətinin fəaliyyətləri, eləcə də sionist rejim rəsmilərinin Rusiya və Ukrayna arasında müharibə ilə bağlı mövqelərini nəzərə alaraq, bu rejimin Ukraynaya Dəmir Qübbə sistemləri göndərdiyi təqdirdə, Moskva Təl-Əvivlə siyasi və diplomatik münasibətlərinə mütləq yenidən baxacaq.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın işğal olunmuş Fələstindəki səfiri Yevgeni Korniçuk mətbuat konfransında sionist rəsmilərindən Rusiya ordusunun hücumlarına qarşı çıxmaq üçün Kiyevi “Dəmir Qübbə” sistemi ilə təchiz etməyə razılıq vermələrini istəmişdi, lakin bu tələb əvvəlki hökumət rəsmiləri tərəfindən Rusiyanın mümkün reaksiyasından qorxduqları üçün rədd edildi.

Daha çox oxuyun: Ukrayna İsraildən Dəmir Qübbə müdafiə sistemi almaq niyyətindədir!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir