Almaniya tanklarının Ukraynaya göndərilməsi; Qərb müharibənin nəticəsini dəyişmək, yoxsa onu uzatmaq istəyir? + FOTO və VİDEO

Çərşənbə axşamı 7 Fevral 2023 - 22:35
https://az.iswnews.com/?p=18697

Volodimir Zelenski hökuməti quru döyüşlərin nəticəsini öz xeyrinə dəyişmək üçün aylar əvvəl Ukraynaya qabaqcıl Amerika və Avropa tanklarını, xüsusən də Almaniyanın “Leopard” tanklarını göndərməyi xahiş etmişdi. Bəs bu məsələ rus ordusunun məğlubiyyətinə səbəb ola bilərmi?

Son 300 gün ərzində ABŞ və Avropa ölkələri Ukraynaya hərbi, maliyyə və iqtisadi yardım paketi göndəriblər, lakin bu yardımlar Ukrayna hökuməti üçün heç bir konkret nəticə verməyib və hələ də Rusiyanın ağır hücumlarının atəşi altındadılar.

Müharibənin balansını dəyişmək üçün yüksək vəzifəli ukraynalı generalların təklif etdiyi həll yollarından biri də ən azı 300 tankın Ukraynaya göndərilməsidir.

Bu təklif bir müddət əvvəl ABŞ və əksər Avropa ölkələri tərəfindən qəbul edildi və amerikalılar avropalıları öz tanklarını Ukraynaya göndərməyə təşviq etmək üçün yaxın aylarda Ukraynaya 31 Abrams tankı göndərəcəklərini açıqladılar. Almaniya kansleri Olaf Şults bir müddət Ukraynaya qabaqcıl alman silahları göndərməkdən yayındıqdan sonra nəhayət yanvarın 25-də Ukraynaya başqa ölkələrdən Leopard tankları göndərmək üçün lisenziya verməyə razılaşdığını açıqlayarkən, bu ölkənin də Ukraynaya birinci mərhələdə 14 ədəd Leopard tankı verəcəyini açıqladı.
Almaniyanın bu qərarı Polşa, Kanada, Norveç və s. ölkələrə də yol açdı və fevralın 5-də Kanadanın Halifax hava limanından dörd Leopard 2 tankı göndərilərək Ukraynaya Leopard tanklarının tədarükü başladı.

Kanadanın Ukraynaya Leopard tankları göndərməsi

Beləliklə İngiltərə Ukraynaya 14 ədəd “Challenger 2” (öz ordusunun əsas tankı) tanklarının təhvil verildiyindən xəbər verdi. Digər Avropa ölkələri də ona oxşar bir hərəkətdə öz hazırlıqlarını bildirdilər.

Leopard 2 tankı Almaniya istehsalıdır. Ondan son bir neçə ildə 3000 ədəd, Avstriya, Kanada, Çili, Danimarka, Finlandiya, Yunanıstan, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Sinqapur, İsveçrə, İsveç, İspaniya və Türkiyəyə satılıb. Ona görə də onun texnikası və sursatları ukraynalılara daha əlçatandır. Bu tank, ukraynalılar üçün Avropada sayı az olan “Abrams” tankından daha münasib variantdır.

Qərb analitikləri hesab edirlər ki, hazırkı vəziyyətdə Ukraynaya 300 tankın göndərilməsi mümkün deyil və müharibənin nəticəsini də dəyişə bilməz. Ancaq mümkündür müharibə prosesinə xüsusi təsir göstərsin və ukraynalıların Rusiyaya qarşı müqavimətini uzatsın. Ona görə də Avropa ölkələri Ukraynaya hər biri 14 tank göndərsə, ən azı 100 tank ukraynalılara çatacaq və onların Rusiya ordusunun quruda irəliləyişini dayandırmaq üçün əllərini daha da çox açacaq.

Ukraynanın cənub və şərq bölgələri daha çox düz ərazilərdən ibarətdir və Ukrayna ordusuna hücum əməliyyatları aparmaq və bu əraziləri geri qaytarmaq üçün çoxlu tank lazımdır. Əslində qərbin bu silahları göndərməkdə məqsədi Ukrayna məğlubiyyətinin qarşısını almaq və müharibənin şiddətindən azaltmaqdır. Rusiyanın bu müharibədə itkiləri və tələfatı nə qədər çox olarsa, onların şərqdəki rəqibi bir o qədər zəif olacaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir