Türkiyə NATO-nun Tacikistandakı nümayəndəsi seçilib

Çərşənbə axşamı 7 Fevral 2023 - 13:32
https://az.iswnews.com/?p=18688

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin Tacikistandakı səfirliyi iki il ərzində NATO-nun bu ölkədəki səfirliyinin təmsilçiliyini öz üzərinə götürüb.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvlərinin yanvarın 27-də Brüsseldə keçirilən görüşündə “NATO-nun Tacikistandakı səfirliyinin koordinasiya mərkəzi”nin məsuliyyəti iki il müddətə Türkiyənin bu ölkədəki səfirliyinə verilib.

Bu məsuliyyətin Türkiyəyə təhvil verilməsindən sonra Türkiyənin Düşənbədəki səfiri Umut Acar NATO-nun türk diplomatlarını Brüsseldə qəbul etməsindən və NATO-nun Tacikistandakı səfirliyinin ölkəsinin səfirliyinə verilməsindən məmnunluğunu və minnətdarlığını bildirib.
Digər tərəfdən, NATO baş katibinin ümumi siyasətlər üzrə köməkçisi Biba Brayz NATO səfirliyinin Türkiyəyə təyin olunmasından məmnunluğunu ifadə edib və Türkiyəyə bu missiyada uğurlar arzulayıb.

“NATO Səfirliyi Nümayəndəliyi” vaxtaşırı bu təşkilata üzv ölkələrin müxtəlif ölkələrdəki səfirliklərinə həvalə edilən iki illik bir müddətdir. Türkiyə 2018-ci il dekabrın 4-dən NATO-nun Özbəkistandakı səfirliyini təmsil etməkdən məsuldur. Türkiyənin Mərkəzi Asiya regionunda baş verən proseslərdə oynadığı son rollar nəzərə alınmaqla mühüm məsələ hesab edilən bu məsuliyyətin əsas istiqaməti NATO-nun bu ölkələrdəki hədəflərinin irəlilədilməsidir.

Daha çox oxuyun: Orta Dəhliz; Türkiyənin Çinə qoşulması planı!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir