İran İR və Türkiyənin Xarici İşlər Nazirləri arasında telefon danışığı baş tutub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ötən gecə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb.
Əmir Abdullahian bildirib ki, Türkiyənin cənubunda baş vermiş faciəvi zəlzələ xəbəri məni, hökuməti və İran xalqını dərindən təsirləndirib və kədərləndirib. Sizə və əziz Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Bu çətin vəziyyətdə əziyyət çəkən Türkiyə xalqının və hökumətinin yanındayıq.
İranın Xarici işlər naziri əlavə edib: “Möhtərəm prezidentimizin göstərişləri əsasında İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyəti sizinlə hərtərəfli əməkdaşlıq etməyə və lazımi yardımı göstərməyə hazırdır. Bununla əlaqədar olaraq, İran Qızıl Aypara Cəmiyyətinin tibbi və yardım qrupu yaralıların xilas edilməsinə kömək etmək üçün bu gecə Türkiyəyə gələcək”.
Əmir Abdullahian həmçinin deyib: “Əziz Türkiyə xalqı ilə yanaşı, zəlzələdən zərər çəkmiş bölgələrdə yaşayan iranlıların vəziyyətindən narahatıq və onlara köməkliyinizi əsirgəmədiyinizə görə minnətdarıq”.
Rəy