İordan çayının qərb sahilində müqavimət qüvvələrinin beş üzvü şəhid edildi

Bazar ertəsi 6 Fevral 2023 - 16:00
https://az.iswnews.com/?p=18664

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail mediası İsrail hərbçilərinin İordan çayının qərb sahilində yerləşən Əqbə-Cəbr düşərgəsinə hücumu nəticəsində beş Fələstin müqavimət qüvvəsinin şəhid olduğunu bildirib.

Bu gün fevralın 6-da sionist rejim qüvvələri Eriha şəhərində Əqbə-Cəbr düşərgəsinə hücum ediblər və bu düşərgəyə daxil olduqdan sonra onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma başlayıb.

İsrail mediası iddia edib ki, İsrail təhlükəsizlik qüvvələri təxminən iki həftəlik axtarışlardan sonra Əqbə-Cəbr düşərgəsində bu yaxınlarda baş verən atışma əməliyyatının iki icraçısı Rəəfət Əvaizat və Malik Lavi-nin kimliyini müəyyən etməyə müvəffəq olub və onları digər üç Fələstin müqavimət qüvvəsi ilə birlikdə şəhid ediblər. Həmçinin İsrail əsgərləri Əqbə-Cəbr düşərgəsində HƏMAS liderlərindən olan Şakir Əmmarəni əsir götürüb.

Münaqişənin bitməsindən bir saat sonra sionist rejim Əqbə-Cəbr düşərgəsində bugünkü 5 şəhidin cəsədini müsadirə etdiyini və onları Fələstin tərəfinə təhvil vermək istəmədiyini rəsmən elan etdi.

Bununla bağlı İsrailli jurnalist Yossi Yehuşua bəyan edib ki, bugünkü Eriha hadisələrindən sonra Cenin hadisələrindən sonra olduğu kimi, fələstinlilərin cavab hücumlarını gözləmək lazımdır.

HƏMAS İslami Müqavimət Hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə Erihadakı Əqbə-Cəbr düşərgəsində bir sıra fələstinli müqavimət mücahidlərinin şəhadətinə reaksiya olaraq vurğulayıb ki, bu dəhşətli cinayətə baxmayaraq, bu bölgədə müqavimət davam edir və müqavimət dəstələri İşğalçıları bu torpaqdan qovana qədər əməliyyatlarını davam edəcəklər.

Xatırladaq ki, fevralın 4-də İsrail ordusu anti-İsrail əməliyyatının icraçısını həbs etmək məqsədi ilə Əqbə-Cəbr düşərgəsinə basqın etmiş, nəticədə onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı qarşıdurma yaranmışdı. Bu münaqişədən sonra HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Şuhəda İzzuddin Əl-Qəssama bağlı yeni yaradılmış “Kətaib Əqbə-Cəbr” dəstəsi şəhərdəki Əqbə-Cəbr düşərgəsinə hücum zamanı işğalçı İsrail qüvvələri ilə qarşı-qarşıya gəldiklərini açıqlamışdır.

Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 5 Fevral 2023

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir