İraqda intihar böhranı; Səbəblər və hədəflər

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Bazar ertəsi 6 Fevral 2023 - 14:31
https://az.iswnews.com/?p=18651

Bu gün intihar böhranı inkişaf etməkdə olan və hətta inkişaf etmiş ölkələrin mədəni və sosial problemlərindən birinə çevrilib. İraq da bu böhrandan istisna edilmir və hər il bir neçə yüz İraq vətəndaşı intihar edir. İqtisadi səbəblər və yoxsulluqdan əlavə, sosial şəbəkələr və qapalı və ənənəvi mühafizəkar mühitdə yaşamağın yaratdığı psixi pozğunluqlar, İraqdakı bu pis böhranın ən mühüm səbəblərindəndir. Həmçinin İraqlı qadın və qızlar arasında intiharlar tez-tez baş verir. İraq hökuməti və mədəniyyət qurumlarının bu məsələyə əhəmiyyət verməməsi bu ölkənin ictimai fəsadlar bataqlığında daha çox batmasına səbəb olacaqdır.

İraqın Səhiyyə Nazirliyinin açıqladığı rəsmi statistika göstərir ki, bu ölkədə hər il çoxlu sayda intihar hadisəsi baş verir. Bu ölkədə 2020-ci ildə 663, 2021-ci ildə 772, 2022-ci ildə isə 420-dən çox intihar hadisəsi qeydə alınıb. İraqda intiharların dəqiq statistikası dərc olunmur, lakin təxminən qeyd olunanlardan iki dəfə çox intihar hadisəsinə cəhd baş verir və uğursuz olur.

İraqın sosial məsələləri üzrə ekspertlər bildirdilər ki, real statistika bu rəqəmdən bir neçə dəfə çoxdur, çünki əksər valideynlər övladlarının intiharını açıqlamır. Beynəlxalq statistikaya görə, iraqlı qaçqınlar arasında intihar nisbəti sakinlərdən 4 dəfə çoxdur.

İraqın tanınmış psixoloqlarından Huda Əd-Deyləmi hesab edir ki, qadınların sosial şəbəkələrdə olması intiharların sayına çox təsir göstərir. İraq cəmiyyəti böyük və çox mühafizəkardır. Ona görə də iraqlı qızların təhlükə zamanı intihar ehtimalı çox yüksək olur. İraq Daxili İşlər Nazirliyinin əlində olan statistik məlumatlar bunu açıq şəkildə ortaya qoyur.

2016-2019-cu illərdə İraqda intiharların sayı artsa da, 2020-ci ildə azaldı və 2021-ci ildə yenidən artdı və son statistikaya görə İraqda intiharların sayı 644-ə çatıb. İntiharların çoxu İraqın şərq və cənub şiə əyalətlərində baş verir. İraqda intiharların sayına görə Kürdüstan bölgəsi ikinci yerdədir, İraqın qərb və şimal-qərb əyalətlərində intihar nisbəti ən aşağıdır. Ən çox intihar edənlər Bağdad şəhəri və onun ətraflarındadır. Şiələrin məskunlaşdığı vilayətlər arasındakı bu əhəmiyyətli böhran, ciddi mədəni və sosial problemlərdən birinə çevrilib. Gərək şiə rəsmiləri və qrupları, bu fəsadı azaltmaq üçün düzgün plan cızsınlar.

Statistikaya görə, iraqlılar müxtəlif yollarla intihar edir. Qadınlar daha çox özlərini yandıraraq və ya asaraq intihar edir, kişilərin çoxu isə ictimai yerlərdə odlu silahla intihar edir. İqtisadi problemlər, psixoloji amillər, ailədaxili gərginliklər, dini və ideoloji əsasların zəif olması, narkotik vasitələri, Korona virusunun təsiri, o cümlədən sosial şəbəkələrdə məlumatların sui-istifadəsi və sızması İraqdakı intiharların ən mühüm səbəb və hədəflərindəndir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir