Təhrir Əş-Şam terrorçuları Suriya ordusunun Latakiya vilayətinin şimalındakı qərargahına hücum edib + VİDEO və FOTO

Bazar 5 Fevral 2023 - 22:13
https://az.iswnews.com/?p=18638

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Təhrir Əş-Şam terrorçularının Suriya ordusunun Latakiya əyalətinin Kubani cəbhəsindəki qərargahına hücumu nəticəsində bir neçə suriyalı əsgər şəhid olub və yaralanıb.

Fevralın 4-də Təhrir Əş-Şam terrorçularının “Osman Bin Əffan Briqadası” qüvvələri çətin hava şəraitindən, o cümlədən duman və qar yağması səbəbindən yetərincə görmə qabiliyyətinin olmamasından istifadı edərək, Suriya ordusunun Latakiya şəhərinin şimalında yerləşən Kubani cəbhəsindəki qərargahlarından birinə qarşı əməliyyata başlayıb. Bu əməliyyat zamanı bir neçə suriyalı əsgər şəhid olub, bir neçəsi isə yaralanıb. Həmçinin bu qarşıdurma zamanı “Təhrir Əş-Şam” terrorçularının üç üzvü də öldürülüb.

Münaqişənin başlamasından bir neçə dəqiqə sonra Suriya ordusu Kubani cəbhəsi ətrafında terrorçuların mövqelərini artilleriya hücumları ilə hədəfə alıb, lakin bu hücumda itkilərin sayı barədə məlumat verilməyib.

Qeyd edək ki, Təhrir Əş-Şam terrorçuları ötən aylar ərzində atəşkəs rejimini pozaraq Suriya ordusunun Hələb, İdlib və Latakiya vilayətlərindəki mövqelərinə qarşı əməliyyatlarının sayını xeyli artırıb. Silsilə silahlı əməliyyatların başlamasından bir neçə həftə keçməsinə baxmayaraq, Suriya ordusunun bu münaqişələrdə verdiyi itkilərin sayı göstərir ki, Suriya Ordusu komandirləri Təhrir Əş-Şamın bu tipli hücumu ilə mübarizə üçün düzgün üsul seçməyiblər.

Daha çox oxuyun: İdlibin cənubunda Suriya ordusu ilə terrorçular arasında qarşıdurma baş verib

Təhrir Əş-Şam terrorçularının Kubani cəbhəsində Suriya ordusu qüvvələri ilə silahlı qarşıdurmasının videosu
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir