YAP rejiminin İran əleyhinə təbliğatlarının ardı-arası kəsilmək bilmir + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, YAP rejiminin mediaları İranın Kermanşah vilayətinin Cavanrud şəhərinin kəşfiyyat polisinin rəisi, polkovnik Şəhram Heydərinin qaçaqmalçılarla toqquşmada şəhid olmasını, onun İranın inqilabçıları tərəfindən öldürüldüyünü təhqiramiz şəkillə birgə tirajlamaqdadılar.
Dekabrın sonunda Cavanrud şəhərinin polis əməkdaşlarının qaçaqmalçıların avtomobilini təqib etməsi və onlarla toqquşması nəticəsində polkovnik Şəhram Heydəri yaralanmışdır.
Bu hadisədən sonra polkovnik Heydəri vəziyyəti pisləşdiyi üçün dərhal Kermanşahdakı xəstəxanaya, oradan da Tehrana köçürülmüşdür.
Təəssüflər olsun ki, tibb işçilərinin səylərinə baxmayaraq, aldığı xəsarətin ağırlığı səbəbindən polkovnik Heydəri 45 gündən sonra dünən fevralın 4-də şəhid olub.
Rəy