Sionist İlham Əliyev rejimi tanınmış üç ilahiyyatçını həbs etdi + FOTO

Cümə 3 Fevral 2023 - 15:22
https://az.iswnews.com/?p=18586

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, məşhur üç ilahiyyatçı Hacı İlqar Rəcov, Hacı Seyran Rzayev və Hacı Mətləb Bağırov YAP rejimi tərəfindən həbs edilib.

Yaxınlarının bildirdiyinə görə, günorta saatlarında saxlanılan ruhani Hacı İlqar Rəcov axşam saatlarında ailəsi ilə telefon danışığında Binəqədi polis bölməsində saxlanıldığını bildirib.

Hacı İlqar bildirib ki, 1 fevral 2023-cü il tarixində günorta saatlarında məni saxlayarkən gözümün qabağında cibimə narkotik qoydular. Hazırda mənə bildirirlər ki, ya narkotik ittihamını ya da casusluğu qəbul etməlisən. .

Hacı İlqar telefon danışığında necə həbs olunduğunu belə danışır: “2023-cü il fevralın 1-də günortadan sonra məni həbs edib cibimə narkotik qoyub dedi ki, ya narkotikin daşınması və istehsalı ittihamını qəbul edirsən, ya da İranın xeyrinə casusluq ittihamı ilə həbs edilib həbsə atılacaqsan, ona görə daha yaxşıdır ki, İlk ittihamı qəbul edəsən. Yəni təxminən 3-6 il arası həbs ediləcəksiniz, əks halda casusluğa görə 20 il həbs cəzası alacaqsınız. 20-30 il öncə İranın Qum şəhərində təhsil aldığım üçün, son günlər İran və Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda şərlənərək saxlanılmışam”.

YAP rejiminin əməliyyat keçirdiyi məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” TV-nin Bakı ofisi də var. 2002-ci ildə yaradılan və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınan  “İnterAz” telekanalına “Hacı Mətləb” kimi tanınan İlahiyyatçı Mətləb Bağırov rəhbərlik edirdi. 

İlahiyyatçı Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. O, İranın Qum şəhərində və Suriya paytaxtı Dəməşq şəhərində dini təhsil almışdır. Həmçinin, Hacı Mətləb Bağırov həm də “SalamNews” İnformasiya Agentliyinin təsisçisi idi.

İlahiyyatçı Hacı Seyran Rzayev əvvəllər İranın Qum şəhərində təhsil alıb. O, keçmişdə Astara rayonunun Ərçivan kəndində dini fəaliyyətlərlə məşğul olurdu. Lakin rejimin represiyyaları üzərindən fəaliyyətlərini dayandırmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir