Fələstin müqaviməti işğal olunmuş ərazilərə raket hücumu edib + FOTO və VİDEO

Cümə axşamı 2 Fevral 2023 - 14:25
https://az.iswnews.com/?p=18558

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət dəstələri dünən çərşənbə günü axşam saatlarında sionistlərin yaşadığı Sderot qəsəbəsini raket hücumu ilə hədəfə alıblar.

Fevralın 1-də Fələstin müqavimət dəstələri sionistlərin yaşadığı Sderot qəsəbəsini raket hücumu ilə hədəfə aldılar və bu zaman ərazidə həyəcan sirenləri işə düşdü.

Bu hücumdan bir neçə dəqiqə sonra İsrail rejimi ordusu Qəzza zolağından işğal olunmuş ərazilərə raket atılması xəbərini təsdiq edərək, bir raketin Dəmir Qübbə sistemi tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Dəmir Qübbə sistemi tərəfindən bir raketin təqib olunması

İsrail mediasının məlumatına görə, Fələstin müqavimət hərəkatının raket hücumundan sonra sionistlərin yaşadığı Sderot qəsəbəsində həyəcan sirenləri çalındıqdan sonra bir sionist sığınacağa qaçarkən yaralanıb.

Sionist rejimin daxili təhlükəsizlik naziri İtamər Bin Qafir Fələstin müqavimətinin raket hücumuna reaksiya verərək deyib: “İsrail ordusunun Qəzza zolağından sionistlər yaşayan bölgələrə doğru raket atəşinə necə reaksiya verdiyini araşdırmaq üçün Nazirlər Kabinetinin təcili iclasının keçirilməsini tələb etdim”.

Bildirilir ki, müqavimət dəstələri tərəfindən bu rejim rəsmilərinin fələstinli əsirlərlə bağlı son qərarları ilə əlaqədar sionist rejimə xəbərdarlıq etmək üçün üç “Fəcr 1” raketi atılıb və onlardan yalnız biri Dəmir Qübbə sistemləri tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, Fələstin müqavimət dəstələri İsrail ordusunun yanvarın 27-də səhər saatlarında ən azı 29 fələstinlinin şəhid olması və yaralanması ilə nəticələnən Cenin şəhərinə hücumuna cavab olaraq işğal altındakı Əsqəlan şəhərini raket hücumu ilə hədəfə almışdılar.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir